SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur türkiyəli aparıcı Acun Ilıcalının birinci arvadından olan qızı ərə gedib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı aparıcının qızı Banu Ilıcalı Efe Ceyhun adlı nişanlısı ilə nikaha girib.

Qeyd edək ki, Banu Ilıcalı teleaparıcının Seda Başbuğdan olan qızıdır.
 
A. Ilıcalı1988-ci ildə Seda Başbuğ ilə evlənib. İlk evliliyindən Banu adında qızı dünyaya gəlib. O, 1993 -cü ildə Seda Başbuğdan ayrılıb.
2003-cü ildə Zeynəb Yılmazla ailə qurub. Bu evliliyindən Yasəmən və Leyla adlarında iki qızı doğulub. 
 
Aparıcının 2010-cu ildə Şeyma Subaşı ilə əlaqəsi olduğu iddia olunub. 2013 -cü ildə Şeyma Subaşı ilə olan qeyri-rəsmi evliliyindən Melisa adında qızı olub.
Acun 2016-cı il iyulun 12-də həyat yoldaşı Zeynəb Yılmazdan boşanıb. 
 
Cütlüyün toy mərasimindən olan fotoları oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS