SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi, türkiyəli şoumen Beyazıt Öztürk Bakıda konsert verəcək.

Axşam.az-ın məlumatına görə, oktyabrın 7-də Heydər Əliyev Sarayında baş tutacaq gecədə yerli məşhurlardan əməkdar artist Röya Ayxan qonaq olacaq.

Müğənni "Beyaz live” adlı şouda mahnılar səsləndirəcək.

Gecənin digər qonaqları isə türkiyəli ifaçılar Ayla Çelik, Hakan Altuğ, İrem Derici və aktyor Tolqahan Sayışman olacaq. Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertdə maraqlı anlar yaşanacaq.

Tədbirə biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.
 
BAKU.WS