VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva Üzeyir Hacıbəyovun "Cəngi” mahnısına çəkdirdiyi klipinə təqdimat edib. 

BAKU.WS xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən gecənin aparıcısı Tahirə Məmmədqızı olub.

Qonaqları salamlayan aparıcı sözü gecənin səbəbkarı F.Fətəliyevaya verib: 
 
"Bu gün çox həyəcanlıyam. Məlum olduğu kimi bu gün klipi təqdim edirəm. Əslində klip çəkdirmək təklifini rejissor Nail Naiboğlu verdi. Dostumuz Sübhanə İsgəndərova da ekran işinin ideyasını verdi. Klip Xızı dağlarında ekranlaşdırıldı. Bu işdə böyük bir komanda çalışdı. Sonda gözəl bir iş ərsəyə gəldiyini deyə bilərəm. Bu gün konsertimə sənət dostlarımla yanaşı anam da gəlib. Bu sənətdə uğurlarımın əsas memarı anamdır. O mənim bütün işlərimdə mənəvi köməkdir. Hər bir konsertimdən, tədbirimdən öncə onun əlindən, üzündən öpüb, xeyir-dua alıram. Özüm valideyn olsam da, harasa gedirəmsə, gecə saat 11 olan kimi anam zəng edir ki, hardasan? Hələ də nəzarəti mənim üzərimdədir. Allah onu mənə çox görməsin”. 
 
F.Fətəliyeva daha sonra həmkarı İlham Kərimli ilə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun "Sənsizlik” mahnısına hazırladığı rəqsi nümayiş etdirib.
 
Qeyd edək ki, gecədə xalq artistləri Arif Qazıyev, Həmidə Ömərova, Məleykə Əsədova, əməkdar artistlər Elza Seyidcahan, Lalə Məmmədova, müğənnilər Günay İbrahimli, Roza Zərgərli, Samira Allahverdi, bəstəkar Nailə Mirməmmmədli, stilist Samiraldo (Samir Əliyev) da iştirak edirdi. 
 
Aysel.Ş
BAKU.WS