VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Uzun müddətdir səbirsizliklə gözlənilən "Əli və Nino” filmi nəhayət, oktyabrın 6-da "CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

 

Kinoteatrın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, film Azərbaycan dilində yayımlanacaq. 

 

Kino Məhəmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino” romanı əsasında çəkilib. 

 

Britaniyanın "PeaPie Films” kino şirkəti tərəfinən çəkilən filmdə müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edilir.


Filmin çəkilişləri gələn il Azərbaycanda başlayıb. Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar” mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır. 

 

Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri canlandırıb. Onun sonuncu işi olan "Ömər" filmi "Ən yaxşı xarici film" nominasiyasında bir sıra nüfuzlu mükafatlara layiq görülüb. 

 

Aytən.H

BAKU.WS