SİZİN REKLAM BURADA!
055 213 76 73



Amerikalı pop-müğənni Selena Qomez karyerasına fasilə verir.

BAKU.WS-in xarici mətbuata istinadən məlumatına əsasən, 24 yaşlı ifaçı lupus xəstəliyindən (qırmızı qurd eşənəyi xəstəliyi) sonra depressiya keçirdiyi üçün hətta dünya turnesini təxirə salıb.
 
Xəstəliyi ilə əlaqədar kimyaterapiya keçən müğənni hazırda bütün diqqətini sağlamlığına yönəltmək istədiyini deyib:

"Bu xəstəliyin mənfi təsirləri çoxdur. Nevroloji pozuntular, depressiya, həyəcan... Hazırda bütün fikrimi sağlamlığıma və xoşbəxtliyimə yönəltmək istəyirəm.Ona görə də yaradıcılığıma fasilə vermək qərarına gəldim. Mənəvi dəstək göstərdikləri üçün bütün fanatlarıma təşəkkür edirəm”.

Qeyd edək ki, lupus (qırmızı qurd eşənəyi xəstəliyi) autoimmun xəstəliklərdən biridir. Bu xəstəlik zamanı insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. Bu xəstəlik əsasən 20-40 yaşlı qadınlarda inkişaf edir. 
 
Xəstəlik xronikidir, tam müalicə olunmur. Xəstəliyin kəskinləşməsi zamanı uzunmüddətli terapiya tələb olunur.
Lupusun yaranma səbəbləri tibb sahəsinə hələ ki məlum deyil.

Aysel.Ş
BAKU.WS