VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir neçə il öncə meyxanaçı Namiq Qaraçuxurluya görə münasibətləri korlanan xalq artisti Aygün Kazımova ilə rəqqasə Oksana Rəsulova barışıb.

BAKU.WS xəbər verir ki, bir zamanlar O.Rəsulovanı N.Qaraçuxurluya qısqanan A.Kazımova artıq rəqqasə ilə münasibətlərini bərpa edib.

Hətta O.Rəsulovanın rəhbərlik etdiyi rəqs qrupu A.Kazımovanın konsertində onu müşayiət edəcək. 

O.Rəsulova axşam.az-a açıqlamasında "Düzdür, konsertdə Aygün Kazımova və Rəhim Rəhimli üçün rəqs quracağam.  Mən və qrupun konsertdə çıxış edəcəyik. Hər şey yaxşıdır. Aramızda barışıq olub” - deyib.

Xatırladaq ki, A.Kazımova və Oksana arasında mübahisəyə səbəb meyxanaçı Namiq Qaraçuxurlu olmuşdu. O.Rəsulovanın adı bir müddət Namiqlə sevgili kimi hallanıb. Həmin ərəfədə N.Qaraçuxurlu və Aygün Kazımova sevgili idi.

Məsələ ilə bağlı N.Qaraçuxulu da danışmışdı. O, Oksana ilə münasibətlərinin hər zaman yaxşı olduğunu qeyd edib:

"Oksana xanımın xətrini çox istəyirəm, gözəl dostumdur. Bizim ünsiyyətimiz lazımsız söz-söhbətlərə səbəb olurdu. Buna görə də bacardığımız qədər uzaq olmağa çalışdıq. Düşünün, bu şayiələr nə dərəcədə böyük idi ki, biz dostluğu bitirdik. Mənim üçün belə şayiələrin əhəmiyyəti yoxdur. Amma Oksana xanımdır, gələcəyi var idi. İstəmədim onun adına söz yayılsın. Uzun müddətdir əlaqəmiz yoxdur”.
 
 
Qeyd edək ki, "Show Aygün Rəhimli” avqustun 20-də "Dalğa beach” istirahət mərkəzində baş tutacaq. Konsertin rejissorluğu Anar Hüseynov və Aynurə Səmədovaya həvalə olunub.
 
Aytən Həsənova 
BAKU.WS