VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Məşhur "America's Got Talent" müsabiqəsində iştirak edən həmyerlimiz Üzeyir Novruzov müsabiqə zamanı nərdivandan yıxıldıqdan sonrakı fotolarını paylaşıb.
 
BAKU.WS-in məlumatına görə, yarışmanın növbəti buraxılışında azərbaycanlı "Çarli Çaplin" Üzeyir Novruzov hündür nərdivandan yerə düşmüşdü. Ancaq efirdə özünü ələ alan azərbaycanlı heç nə olmamış kimi hərəkət edərək insanları təlaşlanmamağa çağırmışdı. 
 
Ancaq Üzeyirin sosial şəbəkədə paylaşdığı şəkilə baxdıqda, onun nərdivandan düşdükdən sonra ayağını və qolunu incitdiyi aydın görünür. Ayağını buzlu suya salan Üzeyir qolunu isə sarğı ilə bağlayıb. 
 

  

Daha sonra bir video da paylaşan azərbaycanlı iştirakçı onu sevənlərə müraciət edib. Vəziyyətinin yaxşı olduğunu deyən "azərbaycanlı Çarli Çaplin" ona göstərilən diqqətə görə hər kəsə təşəkkür edib.
 
 
Qeyd edək ki, "America's Got Talent" müsabiqəsinin son buraxılışında azərbaycanlı iştirakçı hündür nərdivandan yerə yıxılmışdı. Bu hadisədən sonra bütün zal və münsiflər heyəti həyəcanlanıb və ayağa qalxmışdı. 
 
ŞAHİN Həbibov
BAKU.WS