VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
"Nizami” Kino Mərkəzi iyulun  21–dən  ABŞ-ın "Işiqlar sönür” və  "Startrek: sonsuzluq” filmlərinin nümayişinə  başlayıb. 

BAKU.WS xəbər verir ki, xəbər verir ki, Erik Hayssererin ssenarisi əsasında rejissor Devid F. Sandberqin çəkdiyi "İşıqlar sönür…” filmi dəhşət və qorxu janrındadır. Filmin yaş həddi 18-dən yuxarıdır.

Dogma yuvasını tərk edən Rebbeka bütün uşağlıq qorxularının geridə qaldığını zənn edir. Balaca olarkən o, işıq söndükdə nəyin real olub ya olmadığından əmin ola bilmirdi. Indi onun şüurunu   imtahana çəkən anlaşılmayan dəhşətli  hadisələr,  kiçik qardaşı Martinlə baş verir. Anaları Sofi ilə sirli bağlantısı olan,  bəlli olmayan hədə yenə otraya çıxıb. Amma, bu dəfə Rebbeka  sirri açmaq üzrədir – işıq sönən kimi həyatları təhlükə altında olacağına artıq əmindir.   
Filmdə rolları  Tereza Palmer, Qabriel Beytman, Aleksandr DiPersia, Billi Berk, Mariya Bello, Rolando Boys, Ava Kantrell, Ariel Dupin, Emili Elin Lind, Lotta Losten   və başqa aktyorlar canlandırıb.

Saymon Peqqin ssenarisi əsasında,  rejissor Castin Linin    çəkdiyi "Startrek: sonsuzluq” filmi triller, məcara, döyüş  və  fantastika janrındadır. Filmin yaş həddi 12-dən yuxarıdır.

Hadisələr beşillik missiya başladıqdan iki il sonra cərəyan edir.

Kapitan Ceyms T.Kirk başda olmağla hərəkət edən "Enterprayz” ulduz gəmisinin ekipajı tanınmayan gəlmələrin qüvvətli və təhlükəli hücümuna məruz qalır. Gəmilərini məhv etdikdən sonra, gəlmələr  ekipaj üzvlərini  tanınmayan planetdə  daha qorxulu düşmənlə üz-üzə qoyurlar.

Rollarda Kris Payn, Zakari Kuinto, Saymon Peqq, Karl Urban, Zoi Saldana, Con Ço, Anton Elçin, İdris Elba, Sofiya Butella və  Co Taslim çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı "Nizami” Kino Mərkəzinin "Facebook” səhifəsindən öyrənə bilərsiniz (https://www.facebook.com/NizamiCinema?rf=hl).
 
BAKU.WS