SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Roza Zərgərli yeni ifa etdiyi "Ağ çiçəyim” adlı mahnını dinləyicilərin ixtiyarına verib. 


BAKU.WS-ə açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Gülnar Sultanovaya məxsus olan bəstənin seviləcəyinə əmindir. 

"İstirahət mövsümü olmağına baxmayaraq yaradıcılıq işlərimə fasilə vermirəm. Müğənninin işi mahnı oxumaqdır ki, mən də bunu hər zamana edirəm. Daim yeni mahnılar yazdırıram. Bir ara, adım qalmaqallarda hallandı, bu da mənim ürəyimcə olmadı. Artıq hər şey qaydasındadır. Yeni ifa etdiyim "Ağ çiçəyim” mahnısının seviləcəyinə inanıram” – deyə R.Zərgrəli deyib.

Qeyd edək ki, "Ağ çiçəyim” adlı bəstənin aranjiman işini Elvin Musayev edib. Onu da əlavə edək ki, eyniadlı mahnını mərhum xalq artisti İlhamə Quliyevadan savayı xalq artisti Brilliant Dadaşova, əməkdar artist Elza Seyidcahan da oxuyub. Lakin onların oxuduğu mahnının sözlərinin müəllifi Nəbi Xəzri, bəstəkar Emin Sabitoğludur.
 
BAKU.WS