VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hazırda həbsdə olan müğənni Maral Tahirqızının "Qəzənfər Abbasov məni görəndə dedi ki, Azərbaycanı qapı-qapı gəzsən belə səs yoxdur" sözlərinə ustad pedaqoqdan cavab gəlib.

BAKU.WS xəbər verir Qəzənfər Abbasov Ölkə.Az-a açıqlamasında M.Tahirqızını iyirmi il öncə tanıdığını, lakin ona belə söz demədiyini bildirib:

"Təxminən 1996-1997-ci illər idi. Xalq artisti Arif Babayev mənə dedi ki, belə bir qız var, bax gör səsi necədir. O vaxt özüm də dördüncü kursda oxuyurdum, eyni zamanda müəllimlik edirdim. Gəldi, gördüm ki, yüksək diapazonlu səsi var, amma o səsi idarə etmək üçün savadı və başı yoxdur. Mən deyirəm ki, belə oxu, qulaq asmır. Axırda dalaşdıq, çıxdı getdi. Sonra heç Arif müəllim də onu qəbul etmədi. Çünki yüksək diapazonlu səsi idarə etmək üçün gərək savadın ola. Amma o dediyi kimi qapı-qapı söhbəti omayıb. Dəqiq deyə bilərəm ki, Maralın 3 oktava səsi var, qeyri-adidir, amma başsız atlı kimi bir şeydir".

Xatırladaq ki, Maral Tahirqızı bu fikirləri "Rezonans" verilişində (9-cu dəqiqə) səsləndirib.
 
BAKU.WS