SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu il ərzində ən çox qazanan modellərin kimliyi məlum olub.


BAKU.WS
ən çox qazanan modellərin siyahısını təqdim edir:

Hollandiyalı gözəl model, 30 yaşlı Doutzen Kroes bir il ərzində 8 milyon dollar qazanıb. Braziliyalı model Adriana Lima da hollandiyalı həmkarından geri qalmayıb. Ehtirası və gözəlliyilə meydan oxuyan modelin bir illik gəliri 8 milyon dollar olub.


Amerikalı gözəlçə Kat Apton isə bir il ərzində 7 milyon dollar qazana bilib. Böyük Britanıyada doğulan model Kat Mos da bu il 7 milyon dollarla kifayətlənməli olub.

Amerikalı model Karli Klos isə bu il daha az pul qazanıb. Onun qazancı cəmi 4 milyon dollardır.


Dünya modasına damğa vuran Gisel Bundçenin qazancı isə dodaq uçuqladır. Gözəl və ehtiraslı model gərgin iş rejimindən sonra qazancının 47 milyon dollar olduğunu bilib.

 

Ziya Səccad
BAKU.WS