SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xəbər verdiyimiz kimi, ötən həftə evində yemək yeyərkən vəziyyəti ağırlaşan və xəstəxanaya aparılan Oya Aydoğan dünən səhər saatlarında vəfat edib.
 
BAKU.WS-in məlumatına görə, türk kinosunda saysız filmə imza atan Aydoğanın ölüm xəbəri sənət dünyasını yasa boğub.
 
Aktrisanın ölüm xəbərini jurnalistlərdən eşidən Bülənt Ərsoy özünü itirib. Diva, Oya Aydoğanın ölümü sonrası kədərlənib. Günlərdir xəstəxanadan ayrılmayan Bülənt Ərsoy səhər erkən saatlarda hospitala gəlib və 30 illik rəfiqəsinin öldüyündən xəbərsiz olub. Bir müxbirin "Başınız sağ olsun" deməsindən sonra "Nəəə öldü?" deyə qışqıran Ərsoy dərhal morqa yollanıb. 

Orada Oya Aydoğanı son dəfə görüb əlindən və alnından öpən Ərsoy yaşadığı böyük sarsıntıdan sonra halı pisləşib. Həkimlər məşhur sənətçiyə müdaxilə edib.
 
BAKU.WS