SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

  

"Viaqra” qrupunun solisti Anastasiya Kojevnikova "Eurovision-2016” təmsilçimiz Səmra Rəhimli haqda öz təssüratlarını bölüşüb. 
 
BAKU.WS məlumat verir ki, ifaçı Səmranın "Eurovision-2016”-nın yarımfinalındakı çıxışından videosunu paylaşaraq bunları yazıb:

"Mən sakitcə oturub "Eurovision”a baxırdım. Birdən təsadüfən Səmranı gördüm. Biz bu körpə ilə 4 il əvvəl "X factor” müsabiqəsində iştirak etmişik. Seçim turu zamanı üçlükdə bir mahnı ifa etmişdik. Ancaq müsabiqədən keçə bilmədik. Bilmirdim ki, o, bu il ölkəsini təmsil edir. Səmra, sən ağıllı qızsan. Mən sənə azarkeşlik edirəm, gözəlim". 
 
BAKU.WS