SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rejissor Kənan M.M məhrum reper Hüseyn Dəryanın heç bir yerdə səslənməyən "Rep danışacaq" adlı trekini təqdim edib.

BAKU.WS məlumat verir ki, rejissor reperin heç yerdə yayımlanmayan treki ilə bağlı məlumatı Instagram hesabında paylaşıb:

"Hüseyn Dəryanın heç bir yerdə olmayan mahnısı. 2 il özümdə saxladım və paylaşmaq qərarına gəldim ki, Hüseyn Dərya unudulmasın. Sanki, Dərya aramızdadır və bizə yeni mahnısını təqdim edir".

Xatırladaq ki, 2014-cü ilin mart ayının 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

BAKU.WS