VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy bir neçə gün əvvəl Marmarisdə dəniz sahilində yerləşən 13 min 322 kvadrat metrlik ərazisini gizlin şəkildə satıb. 

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, sənətçi həmin pula İstanbulda 4 villa alıb. Bununla da müğənninin İstanbuldakı əmlakının sayı artıb. 

Bülent Ersoy sərvətini hər nə qədər gizlətməyə çalışsa da, aparılan araşdırmalar nəticəsində məlum olub ki, sənətçinin əmlakının sayı açıqlanıb.
 
Ərsoyun İstanbulda 28 evi, İstanbulun Fenerbahçe səmtində sauna, Marmaris və Bodrumda villa, Fethiyedə yanacaqdoldurma məntəqəsi, 30 metrlik yaxta və tikinti şirkətlərinə kirayə verilən kran və buldozerləri olduğu bildirilir. 
 
BAKU.WS