VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin tanınmış sənətçilərindən olan Emrah TV8 kanalının rəhbəri Acun Ilıcalını məhkəməyə verib.

BAKU.WS Türkiyə KİV-nə istinadən məlumat verir ki,  müğənni "Unuda bilsem”, "Götür beni gittiğin yere”, "İhtiyacı var” adlı əsərlərininin "O ses Türkiye”, "Yetenek Sizsiniz” və "Rising Star” adlı proqramlarda ondan icazə alınmadan istifadə edilməsi iddiası ilə  "Acun Media”nı məhkəməyə verib, 225 min türk lirəsi maddi, 119 min türk lirəsi isə mənəvi təzminat tələb edib.
 
Bununla bağlı müğənni jurnalistlərə açıqlamasında bunları deyib:

"Bu təkcə mənimlə bağlı bir mövzu deyil. Məndən başqa bütün bəstəkarlara hörmətsizlik edilib, haqları ödənməyib, adları belə yazılmayıb. Biz də tv rəhbərlərin bu hüquqa zidd əməlinə etiraz etdik. Bundan sonra qanunauyğun hərəkət edərlər". 
 
BAKU.WS