SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycanlı rep ifaçısı, keçmiş H.O.S.T qrupunun üzvü PRoMete, dünyaca məşhur pianoçu İslam Manafovun qızı, pianist və bəstəkar Turan Manafzadə ilə birgə ifa etdiyi "Otaq” mahnısını klipi ilə birgə dinləyicilərinə təqdim edib. 

BAKU.WS məlumat verir ki, oktyabr ayında hazır olan mahnının klipinə yanvar ayında start verilib və fasilələr ilə 2 günə çəkilib. Çəkiliş və prodakşın "PicMus Production”a məxsusdur.

Bəddi rəhbər və rejissor Amal Əlili-nin sözlərinə görə, klipin çəkilmə prosessləri çox rahat olub:

"Biz öz işini dəqiq bilən insanlar ilə əhatələnmişik. Hər sahədə professionallar ilə çalışmaq - insanların bir-birini daha tez və dəqiq başa düşməyi ilə nəticələnir və buna görə biz düzgün və keyfiyyətli işlərə nail oluruq!” - Amal Əlili bildirib.

Klipin üzərində 1 aya yaxın işlər getdiyini bildirən yaradıcı heyət, bu işdə daha çox əmək sərf etdiklərini bildiriblər. Klipin operatoru Vüsal Nazimoğlu, montajı isə Vüsal Nazimoğlu və Bəhruz Qurbanlıya məxsusdur. İcraçı prodüser Nicat Abdullazadə və menecer Azər Ağayev də öz işlərinin öhdəsindən layiqincə gəliblər:

"Rəqs bu klipin əsas hissəsidir. Mənim üçün ritm, hiss, toxunuş, sevgi, rahatlıq,  və s. bu kimi duyğular çox önəmlidir və bu sadaladıqlarım rəqsdə öz birliyini tapır. Akif Kərimli və Nərgiz Məmmədova professional olaraq bu işin öhdəsindən gəldilər. Biz rəqsə baxarkən sadəcə həzz alırdıq. Onlara öz xüsusi təşəkkürümü bildirirəm, çünki əsas məsuliyyət onların boynunda idi” rejissor Amal Əlili bildirib.

Rəqsin xoreoqrafı, prezident təqaüdçüsü Akif Kərimli və eləcə də Nərgiz Məmmədova Azərbaycanı dünya səhnələrində təmsil edən professional rəqsçidilər.

"Sizə yaradıcılığım ərzində ən güclü video işim hesab etdiyim klipi təqdim edirəm! Üzərində əməyi keçən hər bir kəsə minnətdarlıq edirəm!” - reper PRoMete sosial şəbəkədə qeyd edib.
 
BAKU.WS