SİZİN REKLAM BURADA!
055 213 76 73


Müştərilərinə yaxın olan bank - Bank of Baku, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin imzaladığı fərmana əsasən, 22 aprel tarixindən etibarən start verdiyi kompensasiya ödənişlərinə uğurla davam edir. 

Bank, 22 aprel tarixindən indiyədək, 500 AZN-dən aşağı (500 AZN daxil olmaqla) məbləğdə kompensasiya alan 18.290 nəfər müştəriyə ödəniş edib. SMS vasitəsilə məlumatlandırılan müştərilər bankın filialına yaxınlaşaraq növbədə çox gözləmədən rahatlıqla kompensasiyalarını əldə ediblər. 

Kompensasiyası 500 AZN-dən yüksək olan müştərilərin ödənişlərinə isə yaxın günlərdə başlanılacaq. Kompensasiya məbləğini kartla alacaq həmin müştərilərə filial və tarix haqqında bank tərəfindən SMS və ya zəng vasitəsilə məlumat veriləcək. 

Qeyd edək ki, bankın region və Bakı filialları gücləndirilmiş iş rejiminə keçərək müştərilərin xidmətindədir. SMS vasitəsilə dəvət almış hər kəs rahatlıqla Bank of Baku-nun istənilən filialına yaxınlaşaraq kompensasiyasını əldə edə bilər. 

Xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını öyrənmək istəyən şəxslər isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (https://pk.fimsa.az/az/kompensasiya) daxil ola bilərlər.

Daha ətraflı:

145 Məlumat Mərkəzi
http://www.bankofbaku.com/ 
https://www.facebook.com/bankofbaku 
BAKU.WS