SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda həvəskar korporativ komandalar arasında mini-futbol üzrə turnirə start verilir!

Miras Biznes Liqası Azərbaycanda fəaliyyət göstərən şirkətlər arasında mini futbol üzrə turnirin təşkil olunması məqsədilə yaradılmışdır. Liqa heyətində heç bir peşəkər futbolçu olmayan və təmsil etdiyi şirkətin əməkdaşlarından ibarət müxtəlif komandaları bir araya gətirmək niyyətini daşıyır.

İki ay müddətində davam edəcək futbol turnirində müxtəlif şirkətləri təmsil edəcək 16 komanda əsas mükafat olan 10.000 azn uğrunda mübarizə aparacaqlar. Yarışlara yalnız həvəskar korporativ komandalar buraxılır. Əsasnaməyə uyğun olaraq, oyunlar mini futbol qaydaları ilə keçiriləcək. Oyunçuların hər biri əmək müqaviləsinə sahib olan, təmsil etdiyi şirkətin əməkdaşları və turnirin başladığı ana ən azı 6 ay müddətində həmin şirkətdə çalışmış olmalıdırlar. Oyunlar peşəkar hakimlər tərəfindən idarə olunacaq.

Turnirin püşkatma mərasimi 29 mart, ilk oyun isə 6 aprel tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur.

Oyunlar Bakı Olimpiya Stadionun ərazisində yerləşən “Sportster Arena”-da keçiriləcək.

Qeydiyyat və əlavə məlumat üçün +994 77 300 43 53 (Zəng və ya WhatsApp).
Sosial şəbəkələr:
www.facebook.com/mirasbusinessleague
www.instagram.com/mirasbusinessleague