SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Zorakı yolla dinc razılaşmalara nail olmaq mümkün deyil.

BAKU.WS məlumat verir ki, bu barədə "Sputnik"ə "Eurovision" müsabiqəsinin qalibi Eldar Qasımov bildirib.

Onun sözlərinə görə, indi bütün dünyada vəziyyət qeyri-sabitdir, regionumuz da gərgin vaxtlarını yaşayır.

"Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyə çağırıram".
 
BAKU.WS