SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Daxili işlər orqanlarında yeni təyinat olub.

BAKU.WS-in APA-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Quba rayon Polis Şöbəsinin rəisi Telman Xasıyev tutduğu vəzifədən azad edilərək İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış Nizami Qocayev bir müddət əvvəl öz arzusu ilə tutduğu vəzifədən azad edilib. 

O, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmrlə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.
 
BAKU.WS