SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bizim alnımızda axmaq yazılmır. Heç kim inciməsin". 
 
BAKU.WS-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənc iş adamları konfederasiyasının (TÜGİK) toplantısında deyib. O, ölkəsinin qəbul etdiyi qaçqınlar barədə danışarkən BMT-ni də sərt tənqid edib. 

Suriyadan Türkiyə sərhədinə olan köçdən bəhs edən prezident qeyd edib ki, bu axının ən böyük səbəbi Rusiya və Əsəd rejiminin başlatdığı, mülki əhalini hədəfə alan hücumlardır. Buna baxmayaraq BMT hücum edənlərə qarşı ölçü götürmək yerinə, Türkiyəyə çağırış edir. Bu isə riyakarlıqdır. 

"Ey BMT, onda sən nə işə yarıyırsan, sənin vəzifən nədir? Bu günə qədər qaçqınlara 10 milyard dollara yaxın vəsait xərcləyən Türkiyədir. Sən onlara nə qədər dəstək vermisən? 455 milyon dollar... Ayıbdır, ayıb. Səbr, səbr, səbr. Bu da bir yerə qədər. Ondan sonra gərəyi nədirsə onu da edərik". 

BAKU.WS