SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-da yaşayan və millət vəkilliyi üçün siyasətdə sürətlə irəliləyən Azərbaycan əsilli Adil Bağırov Ohayo ştatının Deyton şəhərində Təhsil şurasının rəhbəri seçilib.
 
BAKU.WS məlumat verir ki, Adil Bağırov Amerikanın ən əhəmiyyətli dövlət vəzifələrindən biri hesab edilən Təhsil Şurasına ilk dəfə 2013-cü ildə seçki yolu ilə daxil olub. O, ABŞda rəsmi vəzifəyə gələn ilk Amerika vətəndaşı olan azərbaycanlıdır.

Son iki ildir Təhsil İdarəsinin Texnologiya Komitəsi başçılığını boynuna götürən həmyerlimiz Deytondakı dövlət məktəblərinə aid xərclərin cəmiyyətə açıq elan edilməsini təmin edən məsul şəxslərdən biridir. Deyton Təhsil Şurasının 500 milyon dollarlıq illik büdcənin istifadə edilməsi və 14 min şagirdin oxuduğu dövlət məktəblərinə nəzarət etmək kimi səlahiyyətləri var.

Azərbaycanın öndə gələn ailələrindən birinə mənsub olan Bağırov əvvəllər Vaşinqtonda yaşayıb və enerji sahəsində çalışıb. Son iki ildi Deyton şəhərinə köçən həmyerlimiz siyasətlə məşğul olmağa başlayıb.
 
Adil Bağırov Amerika Türk Şurasının keçmiş rəhbəri Sevin Elakdağ ilə evlidir, iki uşaq atasıdır.
 
BAKU.WS