SİZİN REKLAM BURADA!
055 213 76 73



Strasburqda AŞPA-nın insan haqlarına dair monitorinq Komitəsi tərəfindən təşkil edilmiş dinləmələr keçirilib. Həmin dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə olunub.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, dinləmələrdə qonaq kimi müxalif ReAL partiyasının sədri İlqar Məmmədov da iştirak etməliydi. Lakin o dinləmələrə videoəlaqə vasitəsilə qatılıb və bildirib ki, Strasburqa gedə bilmir, çünki pasport verilməyib.

Lakin məlum olub ki, İ.Məmmədov AŞPA-ya yalan məlumat verib. Onun pasportu var və ölkədən çıxışına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb. Məmmədova pasport hələ 2009-cu ildə verilib və bu ilin avqust ayına qədər qüvvədədir.

İ.Məmmədovun Strasburqa getməkdən imtina etməsi və AŞPA-ya yalan informasiya verməsi müəmmalıdır. Hərçənd ola bilsin İ.Məmmədov bununla Azərbaycanda insan haqları ilə bağlı daha pis mənzərə hökm sürdüyünü nümayiş etdirməyə çalışıb.

BAKU.WS