SİZİN REKLAM BURADA!
055 213 76 73



"Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlar cəbhə xəttində gərginliyin artmasına səbəb olacaq”.

Bu sözləri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində keçirilən müşavirədə deyib.

O bildirib ki, plana uyğun olaraq keçirilən bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət edir. Nazir bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.

BAKU.WS