VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili işlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib.

BAKU.WS unikal.org-a istinadən xəbər verir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub. O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.

Xəbəri Gədəbəy Rayon Polis şöbəsindən təsdiqləyiblər.

BAKU.WS