» » Dövlət gerbinin və himninin istifadəsi QAYDALARI ilə bağlı QANUN qəbul edilib


12-02-2019 | 15:54

  • 196

Dövlət gerbinin və himninin istifadəsi QAYDALARI ilə bağlı QANUN qəbul edilib


Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, 9 maddədən ibarət olan “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib.

Layihəyə əsasən, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi də 9 maddədən ibarətdir və Azərbaycan dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanunun 6-cı (Dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, dövlət himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Vətəndaşlar üçün dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər bunlardır:

1. Ayaq üstə və sona qədər oxumaq (oxumadıqda isə ayaqüstə və sona qədər dinləmək),

2. Himn ifa edilən zaman Azərbaycanın dövlət bayrağı qaldırılarsa (asılarsa), dövlət bayrağına tərəf baxmaq,

3. "Dövlət qulluğu haqqında" qanunun 2.3-cü maddəsində göstərilən orqanlarda (Mərkəzi Bank istisna olmaqla) xidmət edən hərbi və ya xüsusi rütbəli şəxslərin dövlət himni ifa edilən zaman əsgəri salamlaşması qaydaları, o cümlədən Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi ilə bağlı qaydalar həmin orqanların hərbi nizamnamələri və ya müvafiq aktları ilə tənzimlənir.

4.Himn respublika və ya beynəlxalq idman yarışlarında həmin yarışları keçirən idman təşkilatının mövcud təcrübəsi nəzərə alınmaqla ifa edilir.

Qanun layihəsinin 7-ci (Dövlət himni ilə əlaqədar məhdudiyyətlər) maddəsinə əsasən, dövlət himninin musiqisinin musiqi əsərlərində istifadəsi qadağan edilir.

Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi Şou-biznes Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Hadisə / Video "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Əsas Xəbər / Hadisə Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Əsas Xəbər / İdman / Video Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq
17 fevral 2019

Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq

1 498 Həyat tərzi
17 fevral 2019

"Lotu Quli"nin 3 adamı tutuldu: polis basqını (VİDEO)

1 002 Hadisə / Video
Bakıda 75 min manata ağac satılır - VİDEO
17 fevral 2019

Bakıda 75 min manata ağac satılır - VİDEO

406 Hadisə / Video
Sumqayıtda mağaza yandı
17 fevral 2019

Sumqayıtda mağaza yandı

105 Hadisə
Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)
17 fevral 2019

Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)

299 Əsas Xəbər / Həyat tərzi
FACESTUDIO-dan COLOR ENDİRİMİ
17 fevral 2019

FACESTUDIO-dan COLOR ENDİRİMİ

122 Həyat tərzi
Cəbhədə son vəziyyət
17 fevral 2019

Cəbhədə son vəziyyət

58 Qarabağ
İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)
17 fevral 2019

İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)

1 191 Əsas Xəbər / Video / Siyasət
Banklarda pulu olanlara ŞAD XƏBƏR
17 fevral 2019

Banklarda pulu olanlara ŞAD XƏBƏR

1 295 İqtisadiyyat
Günün ulduz falı - 17 fevral
17 fevral 2019

Günün ulduz falı - 17 fevral

316 Həyat tərzi