» » Mehriban Əliyevanın uşaqlarla səmimi görüntüləri - FOTO


11-02-2019 | 16:50

  • 315

Mehriban Əliyevanın uşaqlarla səmimi görüntüləri - FOTO


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.

BAKU.WS
 AZƏRTAC-a istinadən xəbər verir ki, dəfələrlə bu müəssisəyə gələn Mehriban xanım Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.


Mərkəzin baş həkimi İradə Musayeva Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verib ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.


Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət edib.


Doqquz yaşlı Ömərlə birgə rəsm çəkən birinci xanım Mehriban Əliyeva onun bacarıqlı olduğunu deyib. Heydər Əliyev Fondunun prezidenti uşaqların müalicəsi üçün tətbiq edilən prosedurları izlədi, müalicə zamanı istifadə olunan üsullarla maraqlanıb. Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinləyib, oyun vasitəsilə onun suallarını cavablandırıb. Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır.


Müalicənin bu üsulu ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verilib ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir daha təsdiq edir.


Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışıblar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verilib. Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzulayıb.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi İcra hakimiyyəti “Bu şəhərdə”nin konsertinə icazə vermədi Şou-biznes Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Siqaretləri elə yerdə gizlətdilər ki, gömrük işçiləri mat qaldı – VİDEO Hadisə / Video "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin! Əsas Xəbər / Hadisə Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU 50 yaşlı xanəndənin mini ətəkdə FOTOSU Şou-biznes Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Zabit Səmədovun döyüş məktəbinin açılışı oldu - VİDEO/FOTOLAR Əsas Xəbər / İdman / Video Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video
Son əlavəПоследние публикации
Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq
17 fevral 2019

Sabaha olan hava proqnozu - qar yağacaq, şaxta olacaq

1 506 Həyat tərzi
17 fevral 2019

"Lotu Quli"nin 3 adamı tutuldu: polis basqını (VİDEO)

1 005 Hadisə / Video
Bakıda 75 min manata ağac satılır - VİDEO
17 fevral 2019

Bakıda 75 min manata ağac satılır - VİDEO

407 Hadisə / Video
Sumqayıtda mağaza yandı
17 fevral 2019

Sumqayıtda mağaza yandı

105 Hadisə
Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)
17 fevral 2019

Mehriban Əliyevanın adından “İmamzadə”də ehsan verildi (FOTO)

299 Əsas Xəbər / Həyat tərzi
FACESTUDIO-dan COLOR ENDİRİMİ
17 fevral 2019

FACESTUDIO-dan COLOR ENDİRİMİ

122 Həyat tərzi
Cəbhədə son vəziyyət
17 fevral 2019

Cəbhədə son vəziyyət

58 Qarabağ
İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)
17 fevral 2019

İlham Əliyev Moskvadakı hadisəni nəzarətə götürdü (VİDEO)

1 192 Əsas Xəbər / Video / Siyasət
Banklarda pulu olanlara ŞAD XƏBƏR
17 fevral 2019

Banklarda pulu olanlara ŞAD XƏBƏR

1 299 İqtisadiyyat
Günün ulduz falı - 17 fevral
17 fevral 2019

Günün ulduz falı - 17 fevral

316 Həyat tərzi