» » Ağalarovların təşkil etdiyi həmin görüş...


10-02-2019 | 13:54

  • 1 486

Ağalarovların təşkil etdiyi həmin görüş...


ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri 2016-cı ilin iyun ayında Nyu-Yorkdakı “Trump Tower” də indiki prezident Donald Trampın oğlu ilə Kremlə bağlı olduğu təxmin edilən rusiyalı vəkil Natalya Veselnitskaya arasında baş tutmuş görüşə dair telefon danışıqlarını əldə etmək üçün məhkəməyə müraciət hazırlayır. Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, müraciət Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsində tərtib edilib.

Xatırladaq ki, həmin görüş Tramp-Rusiya gizli sövdələşməsini araşdıran xüsusi prokuror Robert Müllerin təhqiqat predmetidir. Görüş azərbaycan əsilli rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin Ağalarovun dəstəyi ilə təşkil olunub. Kiçik Donaldın rusiyalı vəkillə görüşməkdə məqsədi ondan Hillari Klinton barədə kompromatlar almaq idi.

Lakin sonradan o, Konqresə verdiyi ifadədə deyib ki, görüş başlayanda Veselnitskayanın əlində heç bir kompromatların olmadığı bəlli olub. Hazırda Emin Ağalarovun adı da bu təhqiqatda keçir və biznesmen-müəğnni həbs oluna biləcəyindən ehtiyat edərək ötən ay Amerikaya planlaşdırdığı konsert turnesini təxirə salmalı olmuşdu.

Bu günlərdə Amerika telekanalları xəbər veriblər ki, Trampın oğlu həmin görüşdən əvvəl və dərhal sonra gizli telefon nömrəsi ilə kimlərəsə zəng vurub. Və belə ehtimal edilir ki, onun telefon əlaqəsi saxladığı şəxslərdən biri Rusiyadan olub, digəri isə ola bilsin atası Donald Tramp idi.


CNN telekanalı isə həmin telefon danışıqlarının prezidentin oğlunun biznes tərəfdaşları ilə aparıldığını bildirir.

Demokratların Nümayəndələr Palatasında üstünlüyü ələ aldığı indiki vaxtda kəşfiyyat üzrə komitənin rəhbəri Adam Şiff Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair təhqiqatı yenidən bərpa edib. Və o, Trampın oğlunun telefon danışıqlarının Konqresə təqdim edilməsi barədə məhkəmə iddiası qaldırıb.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanlılarla çeçenlər arasında Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO Hadisə / Video Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Azərbaycanlıları təhqir edən Alixanı belə cəzalandırdılar (VİDEO) Hadisə / Video Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Çeçenlərlə azərbaycanlılar Moskvada görüşdülər – VİDEO Əsas Xəbər / Hadisə Azərbaycanlı müğənninin anasının yasına gedənlər: Azərbaycanlı müğənninin anasının yasına gedənlər: "Yeməyə heç nə vermədilər, ac qaldıq..." - VİDEO Şou-biznes / Video "Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU Şou-biznes "Neolit"ə silahlı hücum oldu: 10 nəfər yaralanıb Hadisə / Video Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Bakıda baş verən ağır qəzadan 1 dəqiqə öncə (VİDEO) Hadisə / Video Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Yasamal qəbiristanlığında ağılları qarışdıran şəkil tapıldı - FOTO Həyat tərzi Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Mədinədə DƏHŞƏT – Şiə olduğu üçün uşağın başını ananın gözü qarşısında kəsdilər – FOTO Hadisə "Gəncə Cake House"da iyrənc MƏNZƏRƏ - VİDEO Video / Sosial İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) İlqarə Kazımova onunla sevgilidir - EKSKLÜZİV (FOTOLAR) Şou-biznes Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Azərbaycanda avtobus qızın üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO) Hadisə / Video Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Azərbaycana kəskin soyuqlar gəlir, güclü yağış, qar yağacaq Sosial 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) 100-dən çox çeçenin azərbaycanlılara hücum etdiyi görüntülər (VİDEO) Hadisə / Video Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Sabiqlərin mənimsədiyi milyardlar yenidən gündəmdə: Müsadirə edilsin! Əsas Xəbər / İqtisadiyyat Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: Faiq Ağayev onu bıçaqlayan şəxsdən danışdı: "9 il sonra qarşılaşdıq" Şou-biznes Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Qonağın bir öpüşü ilə həyatı cəhənnəmə dönən qızcığaz - VİDEO Həyat tərzi / Video ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” ANS-in prezidenti Vahid Mustafayev: “Yayıma tam hazırıq” Sosial Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO Şou-biznes / Video Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB – VİDEO Direktor bu uşağı 153 saylı məktəbdən qovdu – QƏRİBƏ SƏBƏB – VİDEO Təhsil / Video
Son əlavəПоследние публикации
Azərbaycanda qızıl və gümüş bahalaşıb
18 fevral 2019

Azərbaycanda qızıl və gümüş bahalaşıb

21 İqtisadiyyat
Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb
18 fevral 2019

Azərbaycan iqtisadiyyatı 3%-ə yaxın böyüyüb

24 İqtisadiyyat
Manatın məzənnəsi açıqlanıb
18 fevral 2019

Manatın məzənnəsi açıqlanıb

137 İqtisadiyyat
Sumqayıta 3 milyon manat ayrılıb
18 fevral 2019

Sumqayıta 3 milyon manat ayrılıb

116 Siyasət
Azərbaycanda pensiyalar yenidən artacaq
18 fevral 2019

Azərbaycanda pensiyalar yenidən artacaq

791 Əsas Xəbər / Sosial
Rafet El Romandan botoks iddialarına CAVAB
18 fevral 2019

Rafet El Romandan botoks iddialarına CAVAB

536 Şou-biznes