SİZİN REKLAM BURADA!
055 213 76 73




Azərbaycan Milli Məclisinin iki deputatı Qənirə Paşayeva və Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yeni vəzifəyə təyin edilib.

BAKU.WS
  xəbər verir ki, millət vəkillərimiz AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrupun iclasında tərəfindən yekdilliklə dəstəklənib.

Deputatlar bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını qeyd ediblər.

BAKU.WS