VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Aparatında struktur dəyişikliyi və yeni kadr təyinatı olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əsasında İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi yaradılıb.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə həmin şöbənin müdiri vəzifəsinə Elmin İmanov təyin edilib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazonov isə yeni vəzifəyə təyinat almayıb.

BAKU.WS