SİZİN REKLAM BURADA!
055 213 76 73



Yanvarın 21-də Prezident İlham Əliyev Davosda "Россия 1" telekanalına müsahibə verib.


BAKU.WS-in məlumatına görə, Prezident İlham Əliyevdən müsahibəni "Россия 1" telekanalının aparıcısı Nailə Əsgər-zadə götürüb.

Aparıcı baş tutan müsahibədən sonra "Instagram" hesabında bunları qeyd edib:

"Mənim üçün Davosda bu ilki Dünya İqtisadi Forumu doğma Azərbaycanın prezidenti İlham Əliyevdən müsahibə almaqla başladı! Xəyallar gerçəkləşir. Efiri izləyin!".

Xatırladaq ki, əslən azərbaycanlı olan jurnalist Nailə Əsgərzadə 2018-ci ilin payızında «Лучший интервьюер» ("Ən yaxşı müsahibə götürən") nominasiyası üzrə "TEFİ" telemükafatına layiq görülmüşdü.

Hüseyn Məmmədsalahov
BAKU.WS