SİZİN REKLAM BURADA!
055 213 76 73



Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bəzi bələdiyyələrin fəaliyyətini tənqid edib.

BAKU.WS
  report-a istinadən xəbər verir ki, o, bələdiyyə sədrlərini fəaliyyətsizlikdə ittiham edib.

“Elə bələdiyyələr var ki, işçilərinin əyləşdiyi binanın qapısını hörümçək toru bağlayıb”, - İ.Mustafayev vurğulayıb.

İcra başçısı əlilliyə görə pensiya alanlarla da bağlı narahatlığını ifadə edib: “Necə ola bilər ki, 16 min nəfər pensiyaçının 7 min nəfəri əlilliyə görə pensiya alır. Görünür, bu işdə müəyyən neqativ məqamlar olub. Biz bütün bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq”.

“Xalq qəzeti”ndə yer alan məqaləyə görə, icra başçısı əlavə edib ki, sağlam ailələrin qayğısına qalmaq, boşanmaların qarşısını almağa çalışmaq lazımdır: “Təəssüf ki, bu sahədə Gədəbəy kimi bir dağ rayonunda statistika ürəkaçan deyil və bu bizi narahat etməlidir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin avqustun 28-də imzaladığı sərəncama əsasən, İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

BAKU.WS