» » Prezident vergi və gömrük sahələrində aparılan islahatları şərh etdi


11-01-2019 | 23:37

  • 750

Prezident vergi və gömrük sahələrində aparılan islahatları şərh etdi


Vergi və gömrük sahələrində aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

İlham Əliyev bildirib ki, vergi sahəsində də çox dərin islahatlar aparılıb: “Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu. Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik".

Dövlət başçısı əlavə edib ki, bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır: "Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar.

Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq. Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik.

Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək”.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə "Azəriqaz"dan XƏBƏRDARLIQ - Fevralın 1-dən... Sosial Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Hadisə
Son əlavəПоследние публикации
Cəbhədə son vəziyyət
20 yanvar 2019

Cəbhədə son vəziyyət

3 Qarabağ
Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO
20 yanvar 2019

Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

76 Həyat tərzi / Video
20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019

20 Yanvar faciəsindən 29 il ötür

53 Əsas Xəbər / Sosial
Günün ulduz falı - 20 yanvar
20 yanvar 2019

Günün ulduz falı - 20 yanvar

139 Həyat tərzi
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

230 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
19 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

216 İqtisadiyyat
Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO
19 yanvar 2019

Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO

905 Şou-biznes / Video
Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19 yanvar 2019

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

429 Həyat tərzi