» » XİN mariya Zaxarovanın cavabını verdi


11-01-2019 | 21:43

  • 1 437

XİN mariya Zaxarovanın cavabını verdi


Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə yaxşı bəllidir ki, uzun illər ərzində Ermənistan Azərbaycana qarşı işğalçı siyasət aparır. Bu siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib, bir milyondan çox insan etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənistan silahlı qüvvələrinin 1992-ci 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur.

BAKU.WS xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə buraxılmaması ilə bağlı açıqlamasına dair şərhində bildirib.

O deyib ki, Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir. Bir çox xalqların, o cümlədən erməni xalqının nümayəndələri Azərbaycan Respublikasında sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Hazırda ölkəmizdə 30 mindən çox erməni əsilli Azərbaycan vətəndaşı yaşayır. Ermənistan isə monoetnik dövlətdir.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının prezidentləri səviyyəsində keçirilmiş çoxsaylı görüşlərdə Azərbaycanın bu istiqamətdə fəaliyyət və səyləri Rusiya tərəfindən yüksək qiymətləndirilir. Ermənistanda erməni əsilli uşaqlara rusdilli məktəblərdə təhsil almaq məhdudiyyəti qoyulduğu halda, Azərbaycanda rus dilində 340-dan çox tədris müəssisəsi var. Ermənistanda isə belə məktəbləri barmaqla saymaq olar.

Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Yalnız 2018-ci ildə 880 min Rusiya vətəndaşı ölkəmizdə səfərdə olub və onlar tərəfindən bir dəfə də olsun qeyd edilən məsələlərlə bağlı şikayət olunmayıb. Səfər edən Rusiya vətəndaşlarının böyük əksəriyyəti səfərlərindən məmnun qalıb və göstərilmiş qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər. Qeyd etmək istərdik ki, səfər edənlər arasında erməni əsilli Rusiya vətəndaşları da olub. Eyni zamanda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında, mədəni tədbirlərdə nəinki erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da iştirak edib və onların heç bir problemi olmayıb.

Əfsuslar olsun ki, bu ilk dəfə deyil ki, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat katibi ikitərəfli strateji münasibətlərin ruhuna zidd olan bəyanatlarla çıxış edir. Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxararaq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumu tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir. Rusiya Federasiyası XİN-in mətbuat katibi bəyan edib ki, “Azərbaycan tərəfi söz verib ki, bu vəziyyəti düzəldəcəkdir”. Biz bunu qətiyyətlə təkzib edirik. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu əlaqələrdir və “vəziyyəti düzəldəcəklər” ifadəsi ikitərəfli münasibətlərin mahiyyətinə ziddir.

Əminik ki, Rusiya XİN-in mətbuat katibinin növbəti təxribat xarakterli və anti-Azərbaycan bəyanatı Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcək. Azərbaycan-Rusiya münasibətlərini xarici siyasət orqanları deyil, Azərbaycan və Rusiya prezidentləri müəyyən edir və hər iki tərəf bu münasibətlərin inkişafı üçün böyük maraq və səy göstərir.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Türkiyədə DƏHŞƏT! Rəqqasəni parçalayıb meşəyə atdılar - VİDEO Dünya / Video Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Sevgilisini maşınında zorladı, sonra... - Azərbaycanda ŞOK HADİSƏ Hadisə "Azəriqaz"dan XƏBƏRDARLIQ - Fevralın 1-dən... Sosial Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Bakıda masaj salonu adı ilə fahişəxana təşkil edən qadın saxlanıldı Hadisə
Son əlavəПоследние публикации
Cəbhədə son vəziyyət
20 yanvar 2019

Cəbhədə son vəziyyət

3 Qarabağ
Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO
20 yanvar 2019

Azərbaycan səmasında qeyri-adi görüntü - VİDEO

76 Həyat tərzi / Video
20 Yanvar faciəsindən 29 il ötür
20 yanvar 2019

20 Yanvar faciəsindən 29 il ötür

53 Əsas Xəbər / Sosial
Günün ulduz falı - 20 yanvar
20 yanvar 2019

Günün ulduz falı - 20 yanvar

139 Həyat tərzi
SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb
19 yanvar 2019

SOCAR-da son illərdə həyata keçirilən islahatlar açıqlanıb

230 Əsas Xəbər / İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
19 yanvar 2019

Azərbaycan nefti bahalaşıb

216 İqtisadiyyat
Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO
19 yanvar 2019

Bu da Ağamirzənin özünə qazdırdığı qəbr - VİDEO

905 Şou-biznes / Video
Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR
19 yanvar 2019

Nəsiminin Hələbdəki məzarından ÖZƏL FOTOLAR

429 Həyat tərzi