» » Deputat: Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar...


09-01-2019 | 14:16

  • 905

Deputat: Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar...


Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır. Bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

S.Alıyev bildirib ki, jurnalistikanı nəzəri və praktiki baxımdan bilən bir adam kimi, Mehman Hüseynovu, eyni zamanda konkret maddələrlə həbs olunan, lakin Qərbdəki bəzi dairələrin jurnalist adlandırdığı digərlərini jurnalist hesab etmir:

"Onların yazdıqları, paylaşdıqları materiallar jurnalistikanın tələblərinə qətiyyən cavab vermir. Ümumiyyətlə, hazırda sosial şəbəkələrdə Mehman Hüseynov kimi oyunbazlıqlara gedərək diqqət çəkmək istəyənlərin, yazdıqlarının və dediklərinin məsuliyyətini dərk etməyənlərin sayı minlərlədir. Sadəcə Mehman Hüseynovun onlardan fərqi budur ki, onun Qərbdəki bəlli çevrələrlə müəyyən bağlantıları var”.

Millət vəkilinin sözlərinə görə, hər bir cəmiyyətdə, elə Qərbin özündə də ictimai rəy yaradan liderlər adətən o adamlar olur ki, onların zəngin həyat təcrübələri, yüksək intellektləri var, güclü xarakter sahibləridir, millət və vətən qarşısında müəyyən xidmət göstəriblər:

“Amma bəlli çevrələr bizdə ümumiyyətlə dediyi sözün məsuliyyətini daşımayan və elementar mədəniyyəti olmayan, aşağı intellektli adamlardan ictimai rəy liderləri yaratmağa, onları qəhrəmanlara çevirməyə çalışırlar. Bu alınmayacaq, çünki xalqımız indiyə qədər ictimai lider gözündə əsl ziyalılarımızı, vətən qarşısında xidməti olanları görüblər. Yəni bütün bu məsələlərdə mənə təəccüblü görünən heç nə yoxdur. O səbəbdən yoxdur ki, bizdə guya söz azadlığının təhlükədə olduğunu deyən, guya jurnalistlərin nahaq yerə həbs olduğunu qabardan həmin çevrələr başqa məsələlərrdə də oxşar yanaşma sərgiləyirlər.

Özlərinə gələndə separatizmi, terrorizmi lənətləyir, amma digər yerlərdə terrorçulardan, separatçılardan öz məkrli niyyətləri üçün faydalanırlar. Məsələn, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "başçısı" da daxil olmaqla, orada əlləri azərbaycanlıların qanına batmış terrorçu və separatçıları ölkələrinə dəvət edir, onlara maliyyə yardımı göstərirlər. Yəni onların bizə yanaşmaları budur və bundan təəccüblənməyə dəyməz. Biz doğru yoldayıq və nə qədər cəhdlər edilsə də, çox şükürlər ki, kimsə bizi bu yoldan sapdıra bilməyib”.

S.Alıyev vurğulayıb ki, Azərbaycan regionda yeganə dövlətdir ki, müstəqil siyasət yürüdür: “Mehman kimilərdən süni ictimai rəy lideri, qəhrəmanlar düzəltməyə çalışanlar da bu siyasətdən qıcıqlananlar, özlərinə vassal axtaranlardır. Onlardan maliyyə və sair asılacağımız olmadığı üçün başqa təzyiq metodlarını işə salmağa çalışırlar ki, bunlardan da biri öz içimizdəkiləri özümüzə qarşı çevirməkdir. Amma alınmayacaq, çünki insanlarımız müxalifətçiliklə düşmənçiliyi, sevgi və təəssübdən doğan tənqidlə qrant iyi verən mövqeləri bir-birindən yaxşı ayırır.

Bunun ən gözəl örnəyini biz "Milli Şura" deyilən nəsnənin keçirdiyi mitinq və digər tədbirləri xalqın necə boykot etməsində də açıq-aydın görürük. Başda liderləri olmaqla, bu adamlar hamısı siyasətdə mehman, yəni qonaqdırlar. Sadəcə bəziləri sözün hər anlamında çoxüzlü qonaqdır, çoxdan siyasəti tərk etməli olduqları halda hələ də qalırlar”.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN! Əsas Xəbər / Həyat tərzi Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Bakıda hava daha da pisləşdi - SON VƏZİYYƏT - FOTO (YENİLƏNİB-2) Əsas Xəbər / Sosial Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Maskalı şəxs “Bazarstore”a silahlı basqın etdi – Yaralı var Kriminal SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR Əsas Xəbər / Sosial İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır İlham Əliyev məmurların lüks avtomobillərini əlindən alır Siyasət Pərvin bu dəfə də tənqid edildi - Pərvin bu dəfə də tənqid edildi - "Hər yerin çöldə qaldı" (VİDEO) Şou-biznes / Video Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Bakıda güclü küləyin ağır fəsadı - TIR aşdı (VİDEO) Hadisə / Video Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Azərbaycanda yayılmış vahiməli “Whatsapp” səs yazısı barədə RƏSMİ AÇIQLAMA Əsas Xəbər / Video / Sosial Nanə bu səbəbdən ailə qurmur - İLK DƏFƏ AÇIQLADI Nanə bu səbəbdən ailə qurmur - İLK DƏFƏ AÇIQLADI Şou-biznes Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə gözlənilir - Qərargah yaradıldı Sosial ARB-nin efirində gərgin anlar: Aparıcı ilə xanım müğənni arasında qalmaqal - VİDEO ARB-nin efirində gərgin anlar: Aparıcı ilə xanım müğənni arasında qalmaqal - VİDEO Şou-biznes / Video SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir SON DƏQİQƏ! 1700-dən çox neftçi təxliyə edilir Əsas Xəbər / Hadisə Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Yanvarın 17-də uşaqları bağçalara APARMAYIN! - RƏSMİ XƏBƏRDARLIQ Əsas Xəbər / Sosial Xəzər dənizində vahiməli görüntülər – VİDEO Xəzər dənizində vahiməli görüntülər – VİDEO Hadisə / Video Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Azərbaycanda şərikinin arvadı ilə bir yerdə tutuldu - Boğazını kəsdi Hadisə “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ “Hell” və “Bizon” ucuzlaşdı – SƏBƏBİ Əsas Xəbər / Sosial Narkotik becərilən istixana tapıldı – FOTO Narkotik becərilən istixana tapıldı – FOTO Kriminal “Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?” “Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır?” Əsas Xəbər / Siyasət Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Bakıda təcavüz ŞOKU: 29 yaşlı turist küçənin ortasında qadını döyüb zorladı Hadisə Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Güclü küləyin ilk fəsadı: Hündürmərtəbəli binanın damı uçdu - VİDEO Hadisə / Video
Son əlavəПоследние публикации
Günün ulduz falı - 19 yanvar
19 yanvar 2019

Günün ulduz falı - 19 yanvar

590 Həyat tərzi
Azərbaycan neftinin son qiyməti
18 yanvar 2019

Azərbaycan neftinin son qiyməti

132 İqtisadiyyat
DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir
18 yanvar 2019

DİQQƏT! Bu yol nişanlarında dəyişiklik edilir

690 Əsas Xəbər / Sosial