VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Daxili İşlər Nazirliyi Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılmasına münasibət bildirib.

BAKU.WS xəbər verir ki, DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar.

Qeyd edək ki, "Report" Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımov işdən azad edilməsi ilə bağlı xəbər yaymışdı.

BAKU.WS