SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yunanıstan parlamenti Fələstini dövlət olaraq tanınmaq qərarı alıb. Parlamentin bu qərarı Yunanıstanın Fələstini rəsmən tanıması istiqamətində hökumətə tövsiyə xarakteri daşıyır.
 
BAKU.WS-in məlumatına görə, Yunanıstan parlamentinin sədri Nikos Vuçisin Fələstinin dövlət kimi tanınması istiqamətində təqdim etdiyi tövsiyə qərarı ümumi yığıncaqda səs çoxluğu ilə qəbul edilib.

Səsverməni Yunanıstan baş naziri Aleksis Çipras ilə birlikdə parlamentə gələn Fələstin prezidenti Mahmud Abbas da izləyib. 300 parlament üzvü səsvermədə iştirak edib. Nəticədə Yunanıstan hökumətindən Fələstin dövlətini tanıma prosesini başladılması tələb olundu. 

Parlament bölgədə təhlükəsizlik və sülhün təmin edilməsi üçün paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin 1967-ci ildəki sərhədləri ilə tanınmasını istəyib. 

Xatırladaq ki, Avropa Birliyində (AB) olan bir çox ölkənin milli parlamenti son dövrdə Fələstinin tanınması istiqamətində qərarlar qəbul edib. 
 
Şahin Həbibov
BAKU.WS