» » Azərbaycanın nümayəndəsi Avropa Şurasında rəhbər vəzifəyə seçilib


06-12-2018 | 10:00

  • 2 650

Azərbaycanın nümayəndəsi Avropa Şurasında rəhbər vəzifəyə seçilib


Avropa Şurasının mətbuat xidmətinin rəsmi məlumatına görə 2018-ci ilin dekabr ayının 4-də Strasburqda Avropa Şurasının insan hüquqlarının qorunması və ədalət mühakiməsi sahəsində ixtisaslaşan ən mötəbər qurumlarından olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə seçkilər keçirilmişdir.

Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə aparılan seçkilərdə Azərbaycanın təmsilçisi hakim Ramin Qurbanov Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti seçilmişdir.

Adətən Qərbi Avropa ölkələri nümayəndələrinin rəhbərlik etdiyi Komissiyada Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin belə yüksək vəzifəyə seçilməsi əlamətdar bir hadisədir və Avropada mövcud ənənəvi yanaşmaları tamamilə dəyişdi. Məlumat üçün bildirilir ki, əvvəlki prezidentlər Qərbi Avropa ölkələrinin - Almaniya, İtaliya, İngiltərə və Avstriyanın nümayəndələri olmuşlar.

Ramin Qurbanov 2005-ci ildən Azərbaycanın nümayəndəsi olaraq həmin beynəlxalq qurumda müxtəlif məsul vəzifələrdə çalışmışdır. O, Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə Komitənin altı ekspertindən biri, Büronun üzvü, sonradan həmin Komissiyanın Vitse-prezidenti, habelə Avropa Şurasının İsveçrə, Estoniya, Gürcüstan, Kipr, Slovakiya, Litva, Makedoniya, Moldovaya təşkil edilən monitorinq qruplarının üzvü və rəhbəri olmuşdur.

Eyni zamanda, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) plenar iclasında ali idaretmə orqanı olan Büronun digər üzvləri – Vitse-prezident və iki üzv vəzifələrinə Çexiya, Fransa və Malta ölkələrinin nümayəndələri seçilmişdir.

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının 47 üzv dövlətinin başçılarının təşəbbüsü ilə yaradılmış və onun əsas məqsədi Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinin icrasının daha səmərəli təmin edilməsi və Avropa ölkələrində məhkəmə sistemi, ədliyyə və prokurorluq orqanları, habelə vəkillik institutunun səmərəliliyinin artırılmasından ibarətdir.

BAKU.WS











Top XəbərlərЛучшее на сайте
Qayınana saçı qırxılan gəlininin XƏYANƏT GÖRÜNTÜLƏRİNİ YAYDI (VİDEO) Qayınana saçı qırxılan gəlininin XƏYANƏT GÖRÜNTÜLƏRİNİ YAYDI (VİDEO) Video / Sosial Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) Əsas Xəbər / Kriminal Xəyanətə görə başı qırxılan qadın canlı efirdə HƏR ŞEYİ DANIŞDI (VİDEO) Xəyanətə görə başı qırxılan qadın canlı efirdə HƏR ŞEYİ DANIŞDI (VİDEO) Əsas Xəbər / Video / Sosial Bakıda oğru qadını belə cəzalandırdılar - VİDEO Bakıda oğru qadını belə cəzalandırdılar - VİDEO Hadisə / Video Xəyanətə görə işgəncə verilən qadının yeni dəhşətli görüntüləri – FOTO, VİDEO Xəyanətə görə işgəncə verilən qadının yeni dəhşətli görüntüləri – FOTO, VİDEO Əsas Xəbər / Hadisə / Video Gənc oğlan dəhşətli hadisədən danışdı: Gənc oğlan dəhşətli hadisədən danışdı: "Yoldaşım duş qəbul edib çıxanda..." (VİDEO) Hadisə / Video Gələn ildən dövlət xəstəxanalarının hamısı pullu olacaq - VİDEO Gələn ildən dövlət xəstəxanalarının hamısı pullu olacaq - VİDEO Video / Sosial Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - VİDEO Şou-biznes / Video Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Azərbaycanlı qız təhqir olunduğu üçün bu VİDEOsunu sildi - açıq-saçıq kadrlar Şou-biznes / Video SON DƏQİQƏ! Bakının SON DƏQİQƏ! Bakının "Moskva" univermağında yanğın (VİDEO) Əsas Xəbər / Hadisə / Video Mədəniyyət Nazirliyi Fəxrəddin Manafovla bağlı ciddi tapşırıq verib Mədəniyyət Nazirliyi Fəxrəddin Manafovla bağlı ciddi tapşırıq verib Şou-biznes “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) “Rossiya 24” kanalının müxbiri İlham Əliyevi təəccübləndirdi (VİDEO) Əsas Xəbər / Video / Siyasət Azərbaycanda daha bir ər qadının başını qırxdı (FOTO) Azərbaycanda daha bir ər qadının başını qırxdı (FOTO) Hadisə Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Marsda ilk dəfə küləyin səsini eşidin – FOTO, VİDEO Əsas Xəbər / Həyat tərzi / Video Çimnaz Naziləni BİABIR ETDİ: Çimnaz Naziləni BİABIR ETDİ: "Şairə xanım, ədəbiyyat oxuyun..." (VİDEO) Şou-biznes / Video Türkiyəli müğənni Elvinin 10 MİLYONLUQ Türkiyəli müğənni Elvinin 10 MİLYONLUQ "Düşün məni"sini oxudu - VİDEO Şou-biznes / Video SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu SON DƏQİQƏ - Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu Kriminal Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO Hadisə Zaur Kamala vəzifə verildi Zaur Kamala vəzifə verildi Şou-biznes Azərbaycanda Youtube-dan ən çox pul qazanan blogerlər - ayda 8300 dollar (VİDEO) Azərbaycanda Youtube-dan ən çox pul qazanan blogerlər - ayda 8300 dollar (VİDEO) Həyat tərzi / Video
Son əlavəПоследние публикации
11 dekabr 2018

"Azercell"in interneti yenidən çökdü

76 Sosial
Sabahdan hava pisləşəcək - XƏBƏRDARLIQ
11 dekabr 2018

Sabahdan hava pisləşəcək - XƏBƏRDARLIQ

121 Həyat tərzi
Bu ərazilərdə işıq olayacaq
11 dekabr 2018

Bu ərazilərdə işıq olayacaq

93 Sosial
Tanınmış müğənninin toyundan görüntülər - VİDEO
11 dekabr 2018

Tanınmış müğənninin toyundan görüntülər - VİDEO

428 Şou-biznes / Video