Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Yeni Müsavat” qəzetinə müsahibə verib.
BAKU.WS xəbər verir ki, Qafqaz şeyxi bu müsahibədə hələ heç yerdə demədiyi məsələlərdən danışıb, islam dünyasındakı gündəmi dəyərləndirdi, xatirələrini bölüşüb.
Qurani-Kərimdə Allah buyurur ki, “İnnə ərsəlnakə rəhmətən lilaləmin”, yəni Peyğəmbərə xitabən bildirir ki, “Mən səni aləmlərə rəhmət olaraq” göndərmişəm.
Aləmlər dedikdə bütün varlıq aləmi nəzərdə tutulur, orda müsəlman da var, xristian da, yəhudi də, buddist də və sair. Peyğəmbər aləmlərə rəhmətdir.
Ona görə də, bu cür qarşıdurmalar baş verir. Əlbəttə, bütün siyasətçi və ya dövlət rəhbərləri deyil, bəzilərinin səbəbindən bu vəziyyət hətta məzhəblər arasında, xalqlar, millətlər içərisində də qarşıdurmalara gətirir.
- Əlbəttə, bizdə vəziyyət yaxşıdır. Azərbaycanda olan dinlər, məzhəblərarası münasibət, xalqımızın qanında olan tolerantlıq, başqa dinlərlə birlikdə yaşamaq qabiliyyəti, başqa din və məzhəblərə, hətta başqa xalqlara münasibət çox yaxşıdır. Biz görürük ki, digər müsəlman ölkələrində məzhəblər arasında münasibət o qədər də yaxşı deyil.
Amma bizdə o problem yoxdur. Bizim ölkəmizdə yaşayan həm sünnilər, həm şiələr çox tolerantdır, bir-birinə qarşı qardaş münasibəti bəsləyirlər. Ona görə də bir çox məscidlərimizdə, hansı ki, həmin bölgədə azlıqda sünni və ya şiə varsa, o məscidlərə iki imam təyin edirik.
Həm sünni, həm də şiə imamlar. Bu bizim həyatımızdır. Eyni zamanda dövlətin də siyasəti bunu gərəkdirir. Bu vəziyyətin yaranması dövlətin siyasətindən də asılıdır.
Dövlət ilk növbədə bu şəraiti yarada bilir. Həm müsəlmanlar, həm də başqa dinlər üçün. Bu da indi dünyada nadir nümunədir. Təsadüfi deyil ki, hazırda dünyada mövcud olan azsaylı dinlərarası, sivilizasiyalar arası dialoq mərkəzlərindən biri də Azərbaycanda yerləşir, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində yaradılıb.
Bu mərkəzin həm ölkə daxilində, həm də xaricdə apardığı dini, dialoq təbliğatı və buna olan reaksiyalar göstərir ki, Azərbaycanın tutduğu yol doğru yoldur.
Hazırda dünyada etnik və dini-məzhəbi zəmində nifrətin yayıldığı bir zamanda dinlərarası dostluq, qardaşlıq, yaxınlaşma mövzusunda konfranslar, beynəlxalq tədbirlər keçirirsiniz. Dünyada bu təşəbbüsə reaksiya necədir? Həqiqətən, dinlərarası dostluq yaratmaq mümkündürmü?
- Təbii ki mümkündür. Bu sahədə çox ciddi nəticələr var. Bu il 3 konfrans keçirmişik. Bunlardan birini Şimali Qafqazda keçirmişik, keçmiş SSRİ ərazisində yaşayan müftilərlə birlikdə.
İkinci tədbiri İspaniyada, nəhayət üçüncünü də bu yaxınlarda Almaniyanın Berlin şəhərində keçirmişik. Sonuncu tədbirdən yeni gəlmişəm, hələ də məktublar, reaksiyalar gəlməkdədir. Çox müsbət təsir qoyub, təqdir edirlər.
O konfranslarda iştirak edən çox yüksək vəzifəli şəxsiyyətlər, keçmiş prezidentlər, siyasətçilər, demək olar ki, bütün geniş yayılmış dinlərin təmsilçiləri, din xadimlərinin fikirləri yüksək idi. Əksər insanlar bu cür tədbirin təşkilinə təəccüblə baxır, həm də təqdir edirdilər.
Bu böyük işdir. Bilirsiniz, Azərbaycan çox da böyük bir dövlət deyil. Bu təşəbbüsü ələ almaq, dünyada öz sözünü demək, tolerantlıq təbliğatını aparmaq böyük uğurdur.
Bunu davam etdirməliyik. Çünki ölkə prezidenti, İlham Əliyev cənabları bu prosesi başladıb, islam həmrəyliyini insan həmrəyliyinə çevirmək fikrindədir.
O istəyir ki, ölkəmiz bütün dinlərin həmrəyliyi mərkəzinə çevrilsin. Bu da insan həmrəyliyinə gətirib çıxarsın. Biz bu tədbirləri həm Avropada, həm Asiyada, həm də Yaxın Şərqdə keçirdik və baxdıq ki, bütün dünyada həmrəylik çağırışlarına ehtiyac var.
- Mən açığı bir şey baş verdiyini görməmişəm. Bəzi adamların da Şeyxülislam haqda düşüncələri qəribədir. Mən bu cür səfərlər olanda evdə hazırlaşıram, məlumat verirlər ki, təyyarə hazırdır, uça bilərik.
Ondan sonra mən də gəlirəm, təyyarəyə minib yola düşürük. Təyyarədə mənim və digər səfər iştirakçılarının geyimləri, şəxsi əşyaları olan çantalar olur. Bir də bizim heyətdə olan çəkiliş qrupunun avadanlıqları.
Necə oldu ki, bu qədər yükü oradan keçirdilər? Bütün bunlar necə ola bilər? Elə başa düşürəm ki, bütün bunlar quraşdırmadır. Təyyarənin gecikməsi normal hadisədir, çarter reyslər də bir qayda olaraq yubanır.
Mən o zaman soruşmuram ki, təyyarə niyə ləngiyir? Digət tərəfdən, mən nə Abel müəllimin, nə də heyətdə olan digər şəxslərin içki içdiyini görməmişəm.
Oteldə qalarkən nümayəndə heyətinin üzvləri adətən otelin foyesində oturub çay içirdilər. Bir dəfə məni də dəvət etdilər, oturub çay içdik. Səhəri gün nümayəndə heyəti ilə birlikdə Əli bəyin evində qonaq olduq, səmimi şəraitdə söhbətlər oldu, orada Abel Məhərrəmov da, Siyavuş Novruzov da gözəl çıxışlar etdilər, beynəlxalq konfransın yüksək səviyyədə təşkilində roluna görə Əli bəyi təbrik etdilər.
Çox gözəl münasibət oldu. Heç bir başqa söhbət olmayıb. Ölkəmizin İspaniyadakı səfiri — Abel müəllimin oğlu Anar Məhərrəmov da orada bizimlə birgə idi.
Uzun illər İlahiyyat fakültəsində imtahan komissiyasının sədri olmuşam, universitetdə dərs demişəm, professor olmuşam, birgə tədbirlər keçirmişik. O işdən azad ediləndə mən burda olmamışam, qayıdandan sonra telefon açmışam. Ancaq hələlik danışa bilməmişik, mümkündür ki, xəbərsiz olub.
- Bundan əvvəl isə Çexiyada mülklərinizin olması bağlı mətbuatda və sosial şəbəkələrdə məlumatlar yayıldı. Hətta bəzi alqı-satqı sənədlərinin surətləri də internetə düşdü. Bu məlumatlar nə qədər həqiqətə uyğundur? Çexiyada ev və ya əmlakınız varmı?
Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə.
Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var.
Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır.
-Hə. Olmayan çox şeylər yazırlar. Lakin bunların heç biri həqiqətə uyğun deyil.
- Azərbaycan müstəqil olduqdan sonra dövlət bir mənada dini fəaliyyətləri QMİ-nin öhdəsinə buraxıb. Ancaq sonradan tədricən dövlət də dini sahədə müəyyən işləri görməyə başlayıb. Bu həm də dünyada baş verən proseslərlə bağlı olsa da, nəticə etibarı ilə son illərdə dini fəaliyyətləri QMİ ilə yanaşı dövlət qurumları da aparır. Bu səbəbdən də belə bir qənaət formalaşıb ki, QMİ-nin səlahiyyətləri azalıb. Sizcə belədirmi?
Əvvəldən də bu belə idi, indi də belədir. Qaldı ki, başqa işlər, onlarla bağlı situasiya əvvəllə müqayisdə dəyişib. Hazırda 800-dən çox aktiv, işlək məscid var. Onların fəaliyyətini təmin etmək - böyük ehtiyacları var - onları qarşılamaq QMİ üçün çətindir. İdarə olaraq çatdıra bilmirəm. Dövlətsiz bu işləri görmək mənim üçün çox çətindir.
Biz hazırda bu konfransları da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə keçiririk. Dövlətin bu sahədə işlrə görməsi mənə yardımdır. Mənim səlahiyyətim dediyim kimi, məscidin içi, ibadət, moizədir.
Bundan qalan məsələlər ümumi işlərdir, biz bir yerdə işləyirik, onlar da bizə yardım edirlər. Yəni heç bir ayrı-seçkilik yoxdur. Açığını deyim ki, bizim bu gün bir yerdə fəaliyyət göstərməyimiz ümumi işimizin xeyrinədir, həm dövlətçiliyimizin, həm də dinin.
- QMİ-nin Qazılar və Elmi Dini Şurası il ərzində Ramazan, Məhərrəm aylarının daxil olması ilə bağlı fətva verir, bir sıra dini və ictimai hadisələrə münasibət bildirir.
Ancaq məlumdur ki, sırf dini fətvaları hər kəs öz məzhəbinə və inancına görə əldə edir. Gələcəkdə yerli bir dini mərkəzin, tam olmasa da, müəyyən qədər şəri məsələlərlə bağlı fətva mərkəzinin yaranması mümkündürmü? Bu barədə nə düşünürsünüz?
Bununla bağlı bizim Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanası ilə müqaviləmiz var. Onlar bizə yeni ayın görünməsi, ayın başa çatması ilə bağlı elmi nəticələrə əsasən məlumat verirlər.
Ayın nə sünnisi var, nə də şiəsi. Ola bilər ki, bu, Türkiyə ilə düz gəlməsin, ya da İranla eyni günə təsadüf etməsin. Bəzi adamlar çox zaman İranla eyni günə düşməsi və Türkiyə ilə ayrı günlərə düşməsinə görə şübhə ilə yanaşırlar.
Türkiyə ilə bizim coğrafi en dairəsi fərqimiz iki saatdır. Bizim ölkəmizin coğrafi en dairəsi İranla uyğun gəldiyi üçün bəzən İranla bayramlarımız eyni günə təsadüf edir.
Ancaq bu o demək deyil ki, biz İranın təqvimi ilə edirik. Biz öz rəsədxanamızın verdiyi məlumata əsasən fətva veririk. Əlimizdə sənəd olur, kağız gəlir ki, bu gün ay görünəcək, o zaman həmin günü bayram elan edirik.
Bu əsas fətvadır, orucluqda, Qurban bayramında buna xüsusi ehtiyac yaranır. Başqa mövzularla bağlı isə bizim Fətva Şöbəmiz var, orada böyük alimlərimiz oturur. 15 nəfərə yaxın mütəxəssis var, onlar moizələrin mətnini hazırlayırlar, böyük məsələlər olanda onları son instansiya kimi Qazılar Şurasının iclasına çıxarıb orada müzakirə edirik.
Şəri mövzularla bağlı suallar Fətva şöbəsinə gəlir və orda oturan, hər məzhəbin şəriətini bilən mütəxəssislər müvafiq suallara cavab verirlər.
Bütün dinlər belədir. Həzrət İsa, həzrət Musa, həzrət İbrahim, həzrət Adəm və həzrət Məhəmməd (s.ə.s) sülhə, qardaşlığa, yardımlaşmaya çağırıb. İndi isə dini həddən artıq siyasiləşdirirlər.
Nəticədə bu vəziyyət yaranır. Siyasət dedikdə mən ümumi olaraq siyasi fikrin əleyhinə deyiləm. Şəxsi mənafeyə xidmət edən siyasət təhlükəlidir. Ancaq insanları doğru yola yönəldən siyasət müqəddəs işdir.
Bəzən bir dövlətdə bir neçə əlahiddə qurumla, müsəlman, xristian təşkilatla əlaqələrimiz var. Azərbaycan dövlətinin özünün də müsəlman ölkələri ilə çox yaxın əlaqələri var. İslam Əməkdaşlıq Təşkilatının toplantılarında bir neçə dəfə özüm iştirak etmişəm və şahid olmuşam ki, Azərbaycan orada mühüm rol oynayır.
Fələstin münaqişəsinin sülh yolu ilə həll olunması, Qüds probleminin həlli ilə bağlı prezidentimizin dəfələrlə bəyanatı olub. Ötən il İstanbulda Qüds məsələsinə həsr olunmuş İslam Əməkdaşlıq Təşkilatı Baş Assambleyasında Azərbaycan prezidentinin çıxışı, Türkiyənin yanında olması çox mühüm hadisə idi. Bizim Fələstinlə çox yüksək səviyyədə əlaqələrimiz var.
Eyni zamanda Azərbaycan müasir dövlətdir, bütün dünya ilə əlaqələr qurmaq istəyir. İsraillə də dövlətimizin əlaqələri var. Biz bu iki dövlətin, yəni Fələstin və İsrail arasında münasibətlərin qurulması, sülhün əldə olunmasını dəstəkləyirik. Münaqişənin iki dövlətli həll prinsipinin tərəfdarıyıq.
- Gələn il 70 illik yubileyiniz gəlir. Bunun yarıdan çoxunu, yəni 40 ilə yaxınını Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etmişiniz. Sovet dövründə Şeyx olmaq, dini proseslərə rəhbərlik etmək, özü də cavan yaşda necə idi? Ötən illərlə bağlı xatirə yazmağı düşünürsünüz?
Beləcə, qalıb hələ ki. İnşallah, vaxt olar, yazarıq. Amma həqiqətən çox maraqlı xatirələrim var. Mən iki dövlət, iki dünya görən bir adamam. Kommunist rejimində yaşayıb işləmiş, bu gün də müstəqil Azərbaycan vətəndaşı kimi çoxlu xatirələrim var. Çox şeylər dəyişib.
Bir sovet vətəndaşı 100 başqa insana bərabərdir və sair. Amma sonra sovet rejimi dağıldı və hər şeyin fərqli olduğu məlum oldu. Maraqlıdır ki, o zaman soveti tərifləyənlər, indi onların bəzisinin səsi bu tərəfdə də gəlir. Ən qorxulusu da odur ki, bəzən özlərini dindar kimi göstərir və bəzi işləri də xarab edirlər.
Hələ SSRİ vardı, Azərbaycanın prezidenti Ayaz Mütəllibov idi. Həmin Seneqaldakı toplantıda mən İranla, Pakistan baş naziri Nəvaz Şəriflə danışıqlar apardım, Səudiyyə Ərəbistanı və daha bir çox dövlətlərin rəhbərləri ilə danışıqlar apardım. Və nətəcidə Azərbaycanı İslam Əməkdaşlıq Təşkilatına üzv elədik. Hansı ki, hələ kommunist dövləti qalırdı.
Yeganə bir dəfə qanunu onda pozmuşam. Prezident Ayaz Mütəllibovun əvəzindən üzvlük sənədinə qol çəkdim. Azərbaycanı təşkilata üzv qəbul elədilər, müsəlman dövlətlərinin rəhbərləri yaxınlaşaraq hamısı bir-bir məni təbrik etdi.
O zaman ilk dəfə Azərbaycanın müstəqilliyini hiss etdim. Azərbaycan əlifba sırasına görə başa keçirildi və bayrağımız birinci sıraya qoyuldu. O gün çox qürur duydum ölkəm, xalqım adına. İndiki kimi yadımdadır, həmin məmur mənə dedi ki, “evin yıxılsın, öz evini də yıxdın, mənim evimi də”.