SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.


BAKU.WS-in məlumatına görə, sərəncamda deyilir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Dünya dövlətləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını və narkomanlığın müalicəsi metodlarını təkmilləşdirirlər.


Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən bəri dövlət quruculuğu, siyasi, iqtisadi, sosial və digər sahələrdə həyata keçirilən islahatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə beynəlxalq standartlara uyğun institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulmuşdur.


Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransınqərarına əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti konfransına ev sahibliyi edəcəkdir.


Belə bir qərarın qəbul olunması ölkəmiz üçün olduqca mühümdür və beynəlxalq təşkilatlarla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.


Sərəncamda qeyd olunur ki, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:


Təşkilat Komitəsinin sədri


Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini


Təşkilat Komitəsi sədrinin müavini


Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri


Təşkilat Komitəsinin üzvləri


Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri


Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri


Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri


Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri


Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri


Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri


Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət naziri


Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru


Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri


Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi


Nuşirəvan Məhərrəmov - Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri


Azay Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı


Fidumə Hüseynova - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini


Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti.


Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 16-18 aprel tarixlərində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.


Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


BAKU.WS