» » Prezident İlham Əliyev Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb


08-11-2018 | 18:57

  • 753

Prezident İlham Əliyev Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb


Prezident İlham Əliyev xalq artisti Amalya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.

Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin Teatra rəhbərlik etmişdir.

Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.

Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.

Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.

Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".

Nekroloqu imzalayıblar:

İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Fərəh Əliyeva
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Anar Rzayev
Eldar Quliyev
Azər Paşa Neymətov
Rasim Balayev
Şəfiqə Məmmədova
Hacı İsmayılov
Nurəddin Quliyev.

Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaq (Füzuli meydanı, 1).

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Azərbaycanda Azərbaycanda "cin çıxarma” zamanı ölən gəncin dəhşətli VİDEOsu Hadisə / Video İşləyənlərə şad xəbər - gəlir vergisi ləğv olunur İşləyənlərə şad xəbər - gəlir vergisi ləğv olunur İqtisadiyyat Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz” Tural Yusifov: “Yol polisi sürücüləri jalüzə görə cərimə edə bilməz” Əsas Xəbər / Sosial "Pariksiz ilk fotom"- Emini görənlər tanımadı (FOTO) Şou-biznes Abel Məhərrəmovun işdən çıxarılmasının əsl səbəbi - ŞOK İDDİA Abel Məhərrəmovun işdən çıxarılmasının əsl səbəbi - ŞOK İDDİA Əsas Xəbər / Siyasət Abel Məhərrəmovun içkili olduğu iddia edilən son çıxışı - VİDEO Abel Məhərrəmovun içkili olduğu iddia edilən son çıxışı - VİDEO Video / Siyasət Vaqif Əsədovdan jalüzlərlə bağlı VACİB AÇIQLAMA Vaqif Əsədovdan jalüzlərlə bağlı VACİB AÇIQLAMA Əsas Xəbər / Sosial “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” – Azərbaycanda inanılmaz hadisə (FOTOLAR) “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” – Azərbaycanda inanılmaz hadisə (FOTOLAR) Hadisə Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO Əsas Xəbər / Sosial Hüseynbala Mirələmov: Hüseynbala Mirələmov: "Axı sən kimsən ki, içib Şeyxi dolayırsan?.." Siyasət Prezident Abel Məhərrəmovu işdən çıxardı - RƏSMİ Prezident Abel Məhərrəmovu işdən çıxardı - RƏSMİ Əsas Xəbər / Siyasət “HELL” haqqında indiyədək heç kimin bilmədiyi faktlar - FOTO “HELL” haqqında indiyədək heç kimin bilmədiyi faktlar - FOTO Həyat tərzi Xatirənin dərin sinə dekoltesi Zaurun ağlını başından aldı -VİDEO Xatirənin dərin sinə dekoltesi Zaurun ağlını başından aldı -VİDEO Şou-biznes / Video Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI Abel Məhərrəmovun yüksək vəzifə tutan qardaşları və kürəkənləri - SİYAHI Həyat tərzi Mirkamil qızını öldürmək istəyib (FOTO) Mirkamil qızını öldürmək istəyib (FOTO) Şou-biznes İlham Əliyev yeni Bakı merini təsdiqlədi – SƏRƏNCAM İlham Əliyev yeni Bakı merini təsdiqlədi – SƏRƏNCAM Əsas Xəbər / Siyasət Rəqsanədən əkizləri ilə bağlı pis xəbər (VİDEO) Rəqsanədən əkizləri ilə bağlı pis xəbər (VİDEO) Şou-biznes / Video Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE Əsas Xəbər / Siyasət İlham Əliyevdən Əli Həsənovla bağlı SƏRƏNCAM İlham Əliyevdən Əli Həsənovla bağlı SƏRƏNCAM Siyasət Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO) Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO) Əsas Xəbər / Sosial
Son əlavəПоследние публикации
Benzin və dizellə bağlı rəsmi məlumat
18 noyabr 2018

Benzin və dizellə bağlı rəsmi məlumat

87 İqtisadiyyat
Şahmatçı Rauf Məmmədov evləndi (FOTO)
18 noyabr 2018

Şahmatçı Rauf Məmmədov evləndi (FOTO)

75 Həyat tərzi
Cəbhədə son vəziyyət
18 noyabr 2018

Cəbhədə son vəziyyət

29 Qarabağ
Afaq Gəncəlidən ürək dağlayan SÖZLƏR - VİDEO
18 noyabr 2018

Afaq Gəncəlidən ürək dağlayan SÖZLƏR - VİDEO

122 Şou-biznes / Video
Azərbaycandan ABŞ-a qəti etiraz
18 noyabr 2018

Azərbaycandan ABŞ-a qəti etiraz

165 Əsas Xəbər / Siyasət
Bazar gününün ulduz falı - 18 noyabr
18 noyabr 2018

Bazar gününün ulduz falı - 18 noyabr

774 Həyat tərzi
Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO
17 noyabr 2018

Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO

14 199 Əsas Xəbər / Sosial
Əhalinin gəlirləri 9% artıb
17 noyabr 2018

Əhalinin gəlirləri 9% artıb

246 İqtisadiyyat