VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Milli Məclisin deputatı Fərəc Quliyev soyad sonluqlarındakı “ov”, “yev” sözlərinin götürülməsini təklif edib.

“Report” xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında F.Quliyev deyib ki, yeni nəsil şəxsiyyət vəsiqələri verilərkən bunu etmək lazımdır.

Deputat Aqil Abbas isə buna etiraz edib: “Soyadların sonluqların dəyişdirilməsi ilə bağlı məcburiyyət ola bilməz. Tutaq ki, mənim soyadım Abbasdır, amma nəslimdəki adamların soyadları Abbasovdur. Burada məcburiyyət niyə olsun ki?”.

Spiker Oqtay Əsədov da F.Quliyevə sual ünvanlayıb: “Fərəc Quliyev, bəs niyə özün dəyişmirsən?”

BAKU.WS