SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə, Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 29 iyun tarixli sərəncamı ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BAKU.WS verilən məlumata görə, ötən gün Prezident İlham Əliyev yüksək dövlət mükafatını - 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenini daxili işlər naziri, general-polkovnik Ramil Usubova təqdim edib.

BAKU.WS