SİZİN REKLAM BURADA!
055 213 76 73



“1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 400 mindən çoxunu qadınlar, 300 mindən çoxunu uşaqlar təşkil edir”.

BAKU.WS 
xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadın, sülh və təhlükəsizlik üzrə yüksək səviyyəli" konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqrımı törədib: "Həmin soyqırım dünyanın 10 dövləti tərəfindən tanınıb. Azərbaycan münaqişə müddətində 1114 nəfərin əsir və girovloqdan azad edilməsinə nail olub. Əsirlikdən xilas olanlardan 223-ü uşaq, 363-ü qadın, 224-ü yaşlı insanlardır. Onların yenidən cəmiyyətə inteqrasiyası üçün reabilitasiya işlərinin aparılması çox vacibdir. Eyni zamanda, 29 uşaq, 98 qadın və 112 qoca hazırda girovluqdadır. Onların taleyi hələ də məlum deyil və bu gün də bu bizi çox narahat edir. Mən vətəndaş cəmiyyətlərini, beynəlxalq təşkilatları bu məsələyə xüsusi diqqət ayırmağa çağırıram”.

BAKU.WS