» » Putinin səfəri öncəsi “5 rayon” iddiası


14-09-2018 | 16:34

  • 4 275

Putinin səfəri öncəsi “5 rayon” iddiası


Danışıqlar masasında Ermənistanın işğalı altındakı ətraf rayonların azad olunması ilə bağlı təklifin olacağı deyilir; politoloq: “Rusiya öz ordusunu Azərbaycana qaytarmaq istəyir, Azərbaycan isə...”

Sentyabrın 25-də Azərbaycana səfər edəcək Rusiya prezidenti Vladimir Putinin prezident İlham Əliyevlə konkret hansı məsələləri müzakirə edəcəyi hələ tam açıqlanmayıb. Qeyd edək ki, bu, cari il ərzində iki qonşu ölkənin birinci şəxsləri arasındakı sayca dördüncü görüş olacaq.

Yüksək səviyyədə baş tutan Soçi görüşündə də qeyd olunduğu kimi, Bakı və Moskva arasında əlaqələr inkişaf edir və dövlət başçılarının şəxsi münasibətləri bu əlaqələrin perspektivinə müsbət təsir göstərməkdədir. Ancaq Putinin Bakı səfərinin hansı zərurətdən irəli gəldiyi də haqlı olaraq sual edilir.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov bir neçə gün əvvəl demişdi ki, sentyabrın 25-də liderlər Bakıda sentyabrın 1-də Soçidə razılığa gəldikləri və ya razılaşmadıqları məsələləri müzakirə edəcəklər. Hər halda maraqlıdır, hansı məsələlərdə razılaşma əldə olunmayıb?

Xatırladaq ki, son ayda daha çox müzakirə olunan məsələ Azərbaycanın KTMT-yə üzv olub-olmaması məsələsidir. Bəzi müşahidəçi və təhlilçilər hesab edir ki, Rusiya prezidenti Azərbaycanın bu quruma müşahidəçi, yaxud üzv olması halında işğal altındakı 5 rayonun geri qaytarılması məsələsini Bakıda müzakirə edə bilər.

Bu ərəfədə Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub. Axar.az xəbər verir ki, Paşinyan “danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb” deyib. Sitat: “Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanılıb.

Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantı əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb. Deyirəm ki, bu danışıqlar masasındakı son variantdır. Demişəm və deyirəm ki, Qarabağın iştirakı olmadan məsələnin həlli mümkün deyil”.

Qeyd edək ki, bundan əvvəl də Rusiyanın 5 rayonu azad etmək istəyi barədə müzakirələr səslənərkən hətta Putinə yaxın siyasi xadimlərdən biri bunu “tələ” adlandırmışdı.


Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Putinin Azərbaycana səfəri çərçivəsində hansı məsələlərin müzakirə oluna biləcəyi ilə bağlı fikir söyləmək hələ tezdir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi kompleks yanaşma tələb edir. Bununla bağlı rəsmi Bakının mövqeyi aydındır. Səfərin önəmli olacağı qənaətindəyəm. Lakin bununla yanaşı konkret fikir səsləndirməyi doğru hesab etmirəm”.


Politoloq Hikmət Hacızadə isə şübhə etmir ki, rayonların işğaldan azad edilməsi ilə bağlı danışıqlar mütləq olacaq: “Bunu Putin istəməsə belə, İlham Əliyev bu barədə məsələ qaldıracaq. Ancaq Rusiya yenə də öz şərtlərini ortaya qoyacaq, deyəcək ki, ermənilər qorxur, onlar "etibarlılıq qarantiyaları" istəyir. Belə qarantiyanı isə ancaq Rusiya sülhməramlı qüvvələri verə bilər. Belə ki, rus ordusu Azərbaycana qaytarılmalıdır və cəbhədə, təmas xəttində yerləşdirilməlidir". Ekspert dedi ki, hələlik bütün danışıqlar bu problemə ilişib qalir: “Rusiya öz ordusunu Azərbaycana qaytarmaq istəyir, Azərbaycan isə bunu qəti şəkildə istəmir. Vəziyyət belədir”.


Politoloq Arzu Nağıyev danışıqlarda 5 rayon müzakirəsinin olacağına şübhə etmir: “Təhlillər göstərir ki, Soçi görüşündən sonra Ermənistan rəhbərliyi çox böyük təlaş keçirir və narahatdır. Bunun səbəbi Azərbaycanın KTMT-yə müşahidəçi qismində qəbulu müqabilində işğal olunmuş beş rayonun qaytarılması məsələsi haqqında yayılan məlumatlardır. Paşinyanın təcili surətdə Rusiyaya səfəri də bu səbəblərdən biri ola bilər. Buna görə də Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə işğal olunan rayonları da ”DQR"-in tərkib hissəsi olduğunu iddia etdir.

Bu haqda təbii ki, Azərbaycan rəhbərliyi ATƏT-in Baş katibi Qremingerə mövqeyini bildirdi. Məlumdur ki, Paşinyan danışıqlara getmək istəmir. Yəni beş rayon məsələsi həll edilsə və bunun “səbəbkar”ı Paşinyan olsa, ermənilər onu hətta fiziki məhv edərlər. Buna görə o, separatçıları tərəf kimi göstərməyə çalışır. Yəni o, bu gün özünü çox çətin bir duruma salıb. Putinin səfəri də Paşinyanı qorxuya salan məqamdır və problemin həllini ona zərbə kimi görür".

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
Bakıda dəhşətli QƏZA:  - Sürücü iki yerə parçalandı - VİDEO/FOTO 18+ (YENİLƏNİB) Bakıda dəhşətli QƏZA: - Sürücü iki yerə parçalandı - VİDEO/FOTO 18+ (YENİLƏNİB) Əsas Xəbər / Hadisə Bakı metrosunu su basdı - dəhşətli görüntülər (VİDEO) Bakı metrosunu su basdı - dəhşətli görüntülər (VİDEO) Əsas Xəbər / Hadisə / Video Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı yeni görüntülər (VİDEO) Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı yeni görüntülər (VİDEO) Hadisə / Video Bakıda “Gelandewagen” sürücüsündən insanlıq dərsi – VİDEO Bakıda “Gelandewagen” sürücüsündən insanlıq dərsi – VİDEO Video / Sosial Azərbaycanda ər arvadının başqa kişi ilə görüntülərini kameraya çəkdi - VİDEO Azərbaycanda ər arvadının başqa kişi ilə görüntülərini kameraya çəkdi - VİDEO Hadisə / Video Güclü yağışdan sonra Bakı - maşınlar yolda qaldı (VİDEO) Güclü yağışdan sonra Bakı - maşınlar yolda qaldı (VİDEO) Əsas Xəbər / Video / Sosial Mobil telefonların qeydiyyatı qaydası dəyişdirildi – YENİ QƏRAR Mobil telefonların qeydiyyatı qaydası dəyişdirildi – YENİ QƏRAR Əsas Xəbər / Sosial Prezident ilk pullu yolun açılışını etdi – FOTO Prezident ilk pullu yolun açılışını etdi – FOTO Əsas Xəbər / Sosial Qarabağda snayperimiz erməni əsgərini vurdu: Qarabağda snayperimiz erməni əsgərini vurdu: "Səni sevirəm aşkım" (VİDEO) Qarabağ / Video Bəhram Bağırzadə məmurlara səsləndi (VİDEO) Bəhram Bağırzadə məmurlara səsləndi (VİDEO) Video / Sosial Məktəbdə biabırçılıq – Direktorla müəllimlər saçyolduya çıxdılar - VİDEO Məktəbdə biabırçılıq – Direktorla müəllimlər saçyolduya çıxdılar - VİDEO Hadisə / Video "Mədəm yoxdur, hər gün arıqlayıram, xəstəlik artır" - Tünzalə ağladı (VİDEO) Şou-biznes / Video Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın TƏFƏRRÜATI - VİDEO Hadisə / Video Azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı yaxaladı sonra oğlanı zorladı - Cəlilabadda iyrənc cinayət Azyaşlı bacı və qardaşı cinsi əlaqə zamanı yaxaladı sonra oğlanı zorladı - Cəlilabadda iyrənc cinayət Hadisə Aşura günü Bakı səmasında hər kəsi təəccübləndirən görüntü  - VİDEO Aşura günü Bakı səmasında hər kəsi təəccübləndirən görüntü - VİDEO Hadisə FHN-dən yağışın yaratdığı fəsadlarla bağlı RƏSMİ MƏLUMAT (FOTO) FHN-dən yağışın yaratdığı fəsadlarla bağlı RƏSMİ MƏLUMAT (FOTO) Əsas Xəbər / Sosial Əla keyfiyyətli gecbişən toyuq əti satışda- Qiymət 2.55 AZN Əla keyfiyyətli gecbişən toyuq əti satışda- Qiymət 2.55 AZN Sosial Oteldə 21 yaşlı sevgilisini öldürən şəxs DANIŞDI - VİDEO (YENİLƏNİB) Oteldə 21 yaşlı sevgilisini öldürən şəxs DANIŞDI - VİDEO (YENİLƏNİB) Hadisə Tünzalə 22 ildən sonra onu görüb göz yaşlarına boğuldu - VİDEO Tünzalə 22 ildən sonra onu görüb göz yaşlarına boğuldu - VİDEO Şou-biznes / Video Xatirənin təklifi hər kəsi ağlatdı - VİDEO Xatirənin təklifi hər kəsi ağlatdı - VİDEO Şou-biznes / Video
Son əlavəПоследние публикации
Cəmilədən göz qamaşdıran – FOTOSESSİYA
25 sentyabr 2018

Cəmilədən göz qamaşdıran – FOTOSESSİYA

0 Şou-biznes
Bakıda maşın aşdı – VİDEO
25 sentyabr 2018

Bakıda maşın aşdı – VİDEO

507 Hadisə / Video
Bakı-Sumqayıt yolunda böyük tıxac
25 sentyabr 2018

Bakı-Sumqayıt yolunda böyük tıxac

559 Əsas Xəbər / Sosial
Dolların bu günə olan məzənnəsi
25 sentyabr 2018

Dolların bu günə olan məzənnəsi

228 Kriminal
Günün ulduz falı - 25 sentyabr
25 sentyabr 2018

Günün ulduz falı - 25 sentyabr

1 405 Həyat tərzi
Aygünlə Namiq bir araya gəldi - VİDEO
24 sentyabr 2018

Aygünlə Namiq bir araya gəldi - VİDEO

1 372 Şou-biznes
Qızıl-gümüş bazarında ucuzlaşma
24 sentyabr 2018

Qızıl-gümüş bazarında ucuzlaşma

210 İqtisadiyyat
“Brent” markalı neftin qiyməti 81 dolları ötüb
24 sentyabr 2018

“Brent” markalı neftin qiyməti 81 dolları ötüb

166 İqtisadiyyat