» » Prezident Aİ Şurasının rəhbəri ilə görüşüb - FOTO


11-07-2018 | 18:21

  • 276

Prezident Aİ Şurasının rəhbəri ilə görüşüb - FOTO


Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

BAKU.WS-in məlumatına görə, görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşü zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verib.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd edib.

Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanan “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndiriblər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd ediblər.

Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Eyni zamanda, birinci bənddə hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunur.

Tərəfdaşlıq və qarşılıqlı hörmətə əsaslanan sənəd, həmçinin Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətini, ölkəmizdə iqtisadi islahatlar gündəliyinin dəstəklənməsi istiqamətində görülən işlərə Avropa İttifaqının mümkün töhfəsini qeyd edir.

Sənəddə Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə də Avropa İttifaqı tərəfindən vurğulanır. Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin tezliklə tam yekunlaşmasının və bunun nəticəsində Avropa bazarlarına təbii qazın çatdırılmasının əsas prioritetlər sırasında olduğu bildirilir.

Sənəddə Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfənin əhəmiyyəti vurğulanır və bu sahədə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa xüsusi marağı olduğu bildirilir. Eyni zamanda, paraflanan sənəddə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların ləğvi sahəsində dialoqun perspektivləri də əksini tapıb.

BAKU.WS





Top XəbərlərЛучшее на сайте
Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Bakıda alt geyimində intihar edən qadının kimliyi məlum oldu – VİDEO Əsas Xəbər / Hadisə Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Bakıda dəhşətli anlar - qadın alt geyimində özünü 17-ci mərtəbədən atdı - VİDEO Hadisə / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ FAKTLAR - VİDEO Hadisə / Video “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR “Ancaq pullu kişilərlə görüşürəm” – yandırıb-yaxan Aygün - FOTOLAR Şou-biznes Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi - FOTO Leyla Əliyeva Emin Ağalarovu təbrik etdi - FOTO Şou-biznes Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Tuneldə yolu bağlayıb şou göstərən sürücülər tapıldı - VİDEO Hadisə / Video Bakıda ərəb vəhşiliyi – Evini 3 gün kirayə verdi - ŞOK GÖRÜNTÜLƏR - VİDEO Bakıda ərəb vəhşiliyi – Evini 3 gün kirayə verdi - ŞOK GÖRÜNTÜLƏR - VİDEO Əsas Xəbər / Həyat tərzi / Video Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR –  VİDEO Bakıda alt geyimində intihar edən qadın barədə YENİ XƏBƏR – VİDEO Əsas Xəbər / Hadisə Adnan Oktarın azərbaycanlı Adnan Oktarın azərbaycanlı "kedicikləri" ayağa qalxdı: Bakıda məmur övladlarıyla.. - FOTO,VİDEO Kriminal / Video Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ Humay Muxtarova: Mənimlə bir gecəyə yarım milyon verirdi — MÜSAHİBƏ Şou-biznes Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO Əsas Xəbər / Video Tolik güllələnən Elmar Vəliyevlə bağlı heç kəsin bilmədiyi FAKTI açıqladı - FOTO Tolik güllələnən Elmar Vəliyevlə bağlı heç kəsin bilmədiyi FAKTI açıqladı - FOTO Şou-biznes Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Xəzər dənizini qanunsuz zəbt edən tikililər söküləcək – CİNAYƏT İŞİ BAŞLANDI Sosial Bakıda çimərlikdə biabırçılıq - Qızlar saçyolduya çıxdılar – VİDEO Bakıda çimərlikdə biabırçılıq - Qızlar saçyolduya çıxdılar – VİDEO Hadisə / Video Liftdə azyaşlı qıza təcavüz etdi - Bakıda iyrənc olay – FOTO Liftdə azyaşlı qıza təcavüz etdi - Bakıda iyrənc olay – FOTO Hadisə “Salamat qalın...” – aparıcı İlham Mirzəyev Azərbaycanı tərk etdi - FOTOLAR “Salamat qalın...” – aparıcı İlham Mirzəyev Azərbaycanı tərk etdi - FOTOLAR Şou-biznes Bakıda ərəblərin otel otağındakı biabırçılığı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO Bakıda ərəblərin otel otağındakı biabırçılığı – ŞOK GÖRÜNTÜLƏR – VİDEO Həyat tərzi Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Eldar Əzizov Bakı meriyasına gətirildi – YENİ TƏYİNAT Əsas Xəbər / Həyat tərzi Elşad Xose susqunluğunu pozdu: Rusdilli təbəqə heç vaxt Damlaya qulas asa bilməz - VİDEO Elşad Xose susqunluğunu pozdu: Rusdilli təbəqə heç vaxt Damlaya qulas asa bilməz - VİDEO Şou-biznes / Video Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Röya əkizlərə belə cavab verdi: Ay qızlar, durun... - FOTO, VİDEO Şou-biznes
Son əlavəПоследние публикации
Sabahın hava proqnozu
22 iyul 2018

Sabahın hava proqnozu

1 190 Həyat tərzi
Azərbaycan milli mətbuatının 143-cü ildönümü qeyd olunur
22 iyul 2018

Azərbaycan milli mətbuatının 143-cü ildönümü qeyd olunur

239 Əsas Xəbər / Siyasət
İstirahər gününün ulduz falı - 22.07.2018
22 iyul 2018

İstirahər gününün ulduz falı - 22.07.2018

1 712 Həyat tərzi