SİZİN REKLAM BURADA!
055 213 76 73



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

MN-dən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

BAKU.WS