SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili işlər orqanlarında yeni təyinatlar olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Çingiz Osmanov tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Onun yerinə Sabunçu RPİ-nin baş müstəntiqi vəzifəsində çalışan polis mayoru Hikmət Vəliyev təyin edilib.

Nərimanov RPİ-nin müstəntiqi, polis kapitanı Abdulsəməd Cəfərov vəzifəsindən azad olunaraq Səbail RPİ-nin baş əməliyyat müvəkkili təyin olunub.

BAKU.WS