» » İlham Əliyev: “Azərbaycan regional mərkəzə çevrilib”


13-02-2018 | 20:05

  • 314

İlham Əliyev: “Azərbaycan regional mərkəzə çevrilib”


“Azərbaycan həqiqətən də həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib”.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxelenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
 
Ölkəmizdə həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrinin iştirakı ilə mühüm beynəlxalq tədbirlərin keçirildiyini deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilməkdədir. Onun sözlərinə görə, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə çoxmilyardlı investisiyalar qoyulub.

Azərbaycanın regionun nəqliyyat mərkəzinə də çevrildiyini deyən prezident İlham Əliyev ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qarsdəmir yolu ilə artıq yüklərin Asiyadan Avropaya və əks istiqamətdə daşındığını bildirib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə təhlükəsizliyin təmin olunmasının, insanlarımızın qonaqpərvərliyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin, yüksək standartlara cavab verən mehmanxanaların və istirahət mərkəzlərinin, müasir aeroportların Azərbaycanın gələcəkdə regionda önəmini daha da artırmaq üçün yaxşı imkanlar yaratdığını deyən dövlət başçısı bu il yenidən metro tikintisi sahəsində layihələrin həyata keçiriləcəyini bildirib. Azərbaycanın neft-qaz sektorunun böyük perspektivlərə malik olduğunu və onun gələcək onilliklər üçün kifayət etdiyini deyən prezident İlham Əliyev bu sahədə də xarici şirkətlərin fəaliyyəti üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
 
Dövlət başçısı ölkəmizdə turizmin inkişafının diqqət mərkəzində olduğunu deyərək bu sahənin təkcə Bakıda deyil, regionlarda da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayında 24 faiz, 2017-ci ildə 20 faiz və bu ilin yanvarında isə artıq 17 faiz artım olub. O qeyd edib ki, bu baxımdan Azərbaycanın vaxtilə almanların məskunlaşdığı bölgəsi də alman turistlər üçün maraqlı marşrut ola bilər və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanlar var.

BAKU.WS
Top XəbərlərЛучшее на сайте
DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT DİN-dən əhaliyə məktəblərdə uşaq oğurluğu ilə bağlı MÜRACİƏT Əsas Xəbər / Sosial Bu 5 qəpikləri 1200 dollara alırlar – QİYMƏTLƏR Bu 5 qəpikləri 1200 dollara alırlar – QİYMƏTLƏR Həyat tərzi DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır? DİM-ə və Təhsil Nazirliyinə ağır İTTİHAM: Niyə şagirdlərin taleyi ilə oynanılır? Təhsil Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO) Almaniyadan 170 minlik avtomobil qaçıran azərbaycanlı gəncdən ağlasığmaz addım (VİDEO) Əsas Xəbər / Hadisə / Video Uşaq oğurluğunda ittiham olunan qadın DANIŞDI (VİDEO) Uşaq oğurluğunda ittiham olunan qadın DANIŞDI (VİDEO) Hadisə / Video Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı - VİDEO Sərxoş məmur oğlu toyda azərbaycanlı rəqqasəni alçaltdı - VİDEO Şou-biznes / Video Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO) - YENİLƏNİB Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO) - YENİLƏNİB Əsas Xəbər / Video Bu maşını görənlər polisə xəbər versin! (FOTO) Bu maşını görənlər polisə xəbər versin! (FOTO) Hadisə Sürücülərin nəzərinə - Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun – VİDEO Sürücülərin nəzərinə - Cərimələnməmək üçün bu xəbəri mütləq oxuyun – VİDEO Video / Sosial “Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI “Xırdalan şəhəri batır” - Təhlükə XƏBƏRDARLIĞI Sosial "Tüklərim biz-biz oldu" - Tarixə düşən Nigar Jamalla VİDEOMÜSAHİBƏ Şou-biznes / Video Yol polisinin oğlunun öldüyü qəzadan +18 VİDEO Yol polisinin oğlunun öldüyü qəzadan +18 VİDEO Hadisə / Video Rəşid Mahmudovdan üzücü xəbər gəldi Rəşid Mahmudovdan üzücü xəbər gəldi Hadisə Prezident İlham Əliyevin nəvəsi telekanallara müsahibə verdi – VİDEO Prezident İlham Əliyevin nəvəsi telekanallara müsahibə verdi – VİDEO Əsas Xəbər / Video / Sosial Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı – Nazirlik hərəkətə keçdi Əsas Xəbər / Sosial Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu (FOTO) Bakıda qaçırılan avtomobil tapıldı - oğruların inanılmaz üsulu (FOTO) Hadisə Qüdrət Şükürovun qızı Azərbaycanı tərk etdi – FOTO Qüdrət Şükürovun qızı Azərbaycanı tərk etdi – FOTO Hadisə Ziya Məmmədov milyardlarının müsadirə olunmasından danışdı Ziya Məmmədov milyardlarının müsadirə olunmasından danışdı Siyasət Sürücülük vəsiqəsilə bağlı xoş xəbər – VİDEO Sürücülük vəsiqəsilə bağlı xoş xəbər – VİDEO Sosial Sevgilisi ilə qarajda ölən Könülün anası: Deyirdi ki, Elvin nişanlısını yox, məni sevir Sevgilisi ilə qarajda ölən Könülün anası: Deyirdi ki, Elvin nişanlısını yox, məni sevir Kriminal
Son əlavəПоследние публикации
Günün ulduz falı - 18 oktyabr
18 oktaybr 2018

Günün ulduz falı - 18 oktyabr

425 Həyat tərzi
Jurnalist baş konsulun otağında doğranıb
17 oktaybr 2018

Jurnalist baş konsulun otağında doğranıb

1 091 Dünya
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17 oktaybr 2018

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

109 İqtisadiyyat
Kosmosdan gələn siqnalları kim göndərir?
17 oktaybr 2018

Kosmosdan gələn siqnalları kim göndərir?

344 Həyat tərzi
Bakıda 50 yaşlı qadın yoxa çıxıb
17 oktaybr 2018

Bakıda 50 yaşlı qadın yoxa çıxıb

239 Hadisə
Güneyli qız dünya birincisi oldu
17 oktaybr 2018

Güneyli qız dünya birincisi oldu

421 Təhsil
Azərbaycanda 5 min eşşək yoxa çıxıb
17 oktaybr 2018

Azərbaycanda 5 min eşşək yoxa çıxıb

961 Sosial
Prezident bu şəxslərin maaşlarını artırdı: 2000 manat
17 oktaybr 2018

Prezident bu şəxslərin maaşlarını artırdı: 2000 manat

6 691 Əsas Xəbər / Siyasət